Vitamin D Əskikliyi

İmmunitetin nədir və növləri hansılardır ?HLA analizi haqqındaGen terapiyasıCOVID-19 testiDaun Sindromu və Daun Sindromu əlamətləriSeliakiya xəstəliyiQeyri düz Kumbs reaksiyası nədir? Analiz nə üçün verilir?QızdırmaQaraciyər funksional testləri-ALTHemoqlobin(HGB) nədir?Beyninizi qoruyun!C Reaktiv Zülal (CRP) nədir?Baş ağrısı necə keçər?İnsulin nədir? İnsulin yüksəkliyi və azlığının səbəbləri.Gözlərimizin nurunu qoruyaq!COVID-19 infeksiyasının kompleks laborator diaqnostikasıHerpes nədir? Herpes virusu infeksiyası nədən yaranır?Oynaq ağrılarıİlk Tibbi YardımCovid-19 peyvəndi haqqında nələri bilməliyik?Kreatinin nədir?Bruselyoz nədir və necə yoluxur?AKNE- Tük follikullarının və piy vəzilərinin iltihablaşmasıLeykosit nədir?Testosteron nədir ? Testosteron hormonu nədir ?Prolaktin nədir?Xərçəng xəstəliyi nədir?Vaksinasiya sonrası SARS-COV-2 immunitetiPapilloma nədir və İnsan papilloma virusu(HPV) nədir?Ürəyimizi necə qorumalıyıq?Pandemiya və stressXolesterin nədir?Toksoplazma nədir?Talassemiya nədir?TSH nədir? TSH yüksəkliyi nə mənaya gəlir?Ateroskleroz nədir? Qarşısı necə alınmalıdır?Vitamin D və Vitamin D3 nədir? Sağlamlığınız üçün Vitamin D nin əhəmiyyətiŞəkərli diabet nədir? Şəkər xəstəliyinin əlamətləri nələrdir?Qarın boşluğu USM nə zaman istək edilir?Spermoqramma nədir? Spermoqramma analizi necə verilməlidir?Fol turşusu (B9 vitamini) nədir?Eritrositlər (qırmızı qan hüceyrələri) eritrosit nədir?Narkotik asılılığı və onun zərərləriSink(Zn) nədir? Sink vitamin çatışmazlığının əlamətləri nələrdir?Kalsium nədir?Maqnezium (Mg) nədir?progesteron hormonu nədir ?Saç tökülməsinin səbəbləriTrombosit nədir? Azlığı və çoxluğu nə mənaya gəlir?Süd vəzi xərçəngi nədir? Süd vəzi xərçənginin əlamətləriCOVİD-19 xəstəliyi zamanı qoxu və dad itkisiAST (aspartat aminotransferaza) nədir?Epilepsiya nədir? Epilepsiya zamanı ilk yardım necə olmalıdır?Estradiol nədir?Burun axmasının səbəbi nədir?Cinsi yolla keçən infeksiyaların əlamətləri nələrdir?Vitamin B12 nədir?Qida dözülməzliyi(qida intoleransı) nədir?Selen nədir? Orqanizm üçün faydaları nələrdir?Orqanizmdə helmintlər (qurdlar)Anemiya nədir?HIV/QİÇS nədir? Qiçs əlamətləriRevmatizm nədir? Revmatizm əlamətləriDəmir nədir? Orqanizmdə funksiyası nədir?Nutrigenetiks nədir?Yüksək qan təzyiqiNIPT analizi nədir?FMF -Ailəvi aralıq dənizi qızdırmasıFerritin nədir?Bioloji qohumluğun təyini-Atalıq testiD-dimer analizi nədir?Çölyak xəstəliyi nədir və əlamətləriYod nədir? Yod çatışmazlığıMeymunçiçəyi xəstəliyi nədir?Dişlərə qulluq vasitələri və növləriDüzgün qaralmağın yollarıEritrositlərin çökmə sürəti (EÇS) nədir?Hemofiliya xəstəliyiMenopauzaUşaqlıq boynu xərçəngi və Pap smearQızılca və Qızılca əlamətleriSu çiçəyi və su çiçəyi əlamətləriClostridium Difficile toksinləri A/B analizi nədir?Antinüvə anticismlər (ANA) analizi nədir?Anti-mitoxondrial antitellər (AMA M2) analizi nədir?Beta-2 Qlikoprotein 1 İgM analizi nədir?Tam Ekzom Sıralaması (WES) analizi nədir və nə zaman verilə bilər?Kron xəstəliyiQıcıqlanmış Bağırsaq Sindromu (Irritated Bowel Syndrome - IBS)Herpes Virus Ailəsi: Sağlamlığa Təsirləri və Növlərinə Görə XüsusiyyətləriAvilit (Avascular Necrosis): Nədir və Niyə Diqqət Edilməlidir?Prevenar 13 Nədir?İnsan Metapneumovirusu (HMPV) Nədir?Multi vitaminVitamin AVitamin KompleksiÇəki artıran vitaminlərVitamin D ƏskikliyiSelenium VitaminBiotin Vitamin

Vitamin D, insan orqanizmində müxtəlif vacib funksiyaları yerinə yetirən əhəmiyyətli bir vitamindir. Bu vitamin günəş şüaları vasitəsilə dəridə sintez olunur, eyni zamanda müxtəlif qidalarla da qəbul edilə bilər. Lakin müasir həyat tərzi, xüsusilə qapalı mühitlərdə uzun müddət işləmək və günəş şüaları ilə yetərincə təmasda olmamaq bir çox insanda Vitamin D çatışmazlığına səbəb olur. Belə olduqda sümük və əzələ sağlamlığına mənfi təsir göstərilir və immun sistemini zəiflyir.
Vitamin D çatışmazlığı olduqda  orqanizm kalsium və fosfor kimi vacib mineralları tam mənimsəyə bilmir. Bunun nəticəsində sümüklər və dişlərdə problem yaranır, əzələlərdə zəiflik və ağrılara səbəb ola bilir. Aşağıda Vitamin D çatışmazlığının əsas nəticələrini qeyd edirik:
Raxitlik: Xüsusilə uşaqlarda sümük toxumasının kifayət qədər bərkiməməsi, deformasiyalar.
Osteomalaziya: Böyüklərdə sümük kütləsinin zəifləməsi və tez-tez qırılma riski.
İmmun sisteminin zəifləməsi: Orqanizmin infeksiyalara qarşı müqaviməti azalır, xəstələnmə halları arta bilər.
Ruhi vəziyyətin pisləşməsi: Uzunmüddətli Vitamin D çatışmazlığı depressiya və əhval pozuntusu riskini yüksəldə bilər.
Bu əlamətlərdən hər hansı birini müşahidə edirsinizsə, vaxtında həkimə müraciət etmək məsləhətdir. Erkən diaqnoz və müvafiq müalicə planı ciddi fəsadların qarşısını alacaq.

Böyüklərdə Vitamin D çatışmazlığı

Böyüklərdə Vitamin D çatışmazlığının yaranma səbəbləri müxtəlifdir. Xüsusən günəş şüaları ilə yetərincə təmas qurmadan qapalı ofis mühitində çalışanlar və ya günəşdən qoruyucu kremləri həddən artıq istifadə edən insanlar risk altındadırlar. Aşağıdakı əlamətlərə diqqət yetirmək vacibdir:
Yorğunluq və halsızlıq: Gün ərzində enerjinin azlığı, daimi yuxululuq və ümumi zəiflik hissi.
Sümük və əzələ ağrıları: Xüsusilə bel, omba və diz nahiyəsində davamlı, küt ağrılar.
Daha tez xəstələnmə: Soyuqdəymə və qrip kimi infeksiyalara qarşı müqavimətin azalması.
Yuxu pozuntuları: Kifayət qədər yatmağınıza baxmayaraq, tam dincələ bilməmək.
Uzunmüddətli Vitamin D çatışmazlığı nəticəsində böyüklərdə sümüklər daha tez zəifləyir, osteoporoza meyillilik yaranır. Buna görə də, düzgün qidalanma planı tərtib etmək, lazımi qida əlavələrini qəbul etmək və mütəmadi şəkildə tibbi müayinələrdən keçmək xüsusi əhəmiyyət daşıyır.

Vitamin D uşaqlar üçün

Vitamin D uşaqlar üçün çox vacibdir. Uşaqlarda Vitamin D çatışmazlığı onların sümük inkişafını və ümumi sağlamlığını birbaşa təsir altına alır. Xüsusilə intensiv böyümə dövrlərində kifayət qədər Vitamin D qəbulu uşaqların sağlam və möhkəm sümüklərə sahib olmalarına kömək edir. Əks halda sümüklərin yetərincə sərtləşməməsi və inkişaf pozuntusu səbəbindən raxitlik, boy artımının ləngiməsi, dişlərin gec çıxması, tez xarab olması, tez-tez xəstələnməsi halları baş verir.
Uşaqların müəyyən bir saat aralığında kifayət qədər günəş şüası qəbul etməsi, açıq havada daha çox zaman keçirməsi və Vitamin D ilə zəngin qidalarla qidalanması bu çatışmazlığın qarşısını almağın ən yaxşı yoludur. Əgər ehtiyac olarsa, D vitamini analizi verilməli və həkimin təyin etdiyi dozada vitamin əlavələri də verilə bilər.

Vitamin D necə qəbul edilir?

Vitamin D necə qəbul edilir? Bu suala aşağıdakı şəkildə cavab verə bilərik:
Günəş şüaları: Dəri günəşin ultrabənövşəyi B (UB-B) şüaları altında Vitamin D sintez edir. Gün ərzində ən azı 15-20 dəqiqə qollar və ayaqlar açıq şəkildə günəş vannası qəbul etmək məsləhətdir. Bununla yanaşı, günorta saatlarında həddən artıq günəşdə qalmaqdan çəkinmək vacibdir.
Qidalanma: Rasiona Vitamin D ilə zəngin qidalar, məsələn, yağlı balıqlar (somon, skumbriya), yumurta sarısı, süd məhsulları daxil etmək lazımdır.
Qida əlavələri: Əgər təbii yollarla kifayət qədər Vitamin D qəbul etmək mümkün deyilsə, həkim məsləhəti ilə apteklərdə satılan damcı, tablet və kapsulların qəbulu faydalı ola bilər.
Zənginləşdirilmiş məhsullar: Bir çox qida istehsalçısı süd, şirə və digər məhsulları istehsal zamanı Vitamin D ilə zənginləşdirir. Bu cür məhsulların etiketini oxuyaraq rasiona əlavə etmək olar.
Vitamin D dozası və qəbul forması barədə ən dəqiq məlumatı yalnız həkiminiz verə bilər. Hər kəsin orqanizmi fərqli olduğundan təyin olunan doza və vitamin əlavələri də fərqli olur. 

Vitamin D hansı qidalarda var?

Vitamin D hansı qidalarda var? Vitamin D somon, skumbriya, sardina və s kimi yağlı balıqlarda, süd məhsullarında, yumurta sarısında, quzu qaraciyərində mövcuddur.
D vitamini həm böyüklər, həm də uşaqlar üçün çox vacibdir. Yaxşı olardı ki, D vitaminindən analiz verərək həkimin təyin etdiyi dozada qida əlavəsi qəbul edəsiniz.
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi