D vitamini uşaqlar və yetişkinlər üçün ən vacib vitaminlər arasında yer alır. Vitamin D əksikliyi həm uşaqlarda həm də yetişkinlərdə ciddi xəstəliklərə səbəb ola bilər.
Yağda həll olan vitaminlər arasında yer alan Vitamin D nin böyük nisbəti günəş işığında ultrabənövşəyi şüaların təsiri ilə dəridə sintez olunur. Baxmayaraq ki, qida ilə də orqanizmə daxil olur, lakin bu çox az miqdardadır.
D2 və D3 olaraq iki növə ayrılan Vitamin D, qaraciyər və böyrəklərdə daha təsirli kimyəvi maddələrə çevrilir.
Vitamin D və Vitamin D3 nə üçün vacibdir?
Vitamin D kalsium-fosfor metabolizminin tənzimlənməsində, sinir və ürək damar sisteminin funksiyasının qorunmasında vacib rol oynayır. Əlavə olaraq immun gücləndirici, iltihab əleyhinə və antioksidant təsirləri vardır. Vitamin Dsəviyyəsinin normal dəyərlər aralığında olan şəxslərdə respirator infeksiyalara yoluxma nisbəti azdır.
Uzun müddət kifayət qədər Vitamin D qəbul edilmədikdə, kalsium vəfosforunbağırsaqlardan sorulması azalır, nəticədə yetişkinlərdə osteomalyasiya (sümüklərin yumşalması) uşaqlarda isə raxitlik inkişaf edir. Bu patologiyalar sümüklərin tez-tez qırılması, sümüklərin deformasiyası və ağrılar ilə təzahür edir.
Kalsium və fosforçatışmazlığı nəticəsində əzələ zəifləməsi, narahatçılıq, ürəkdə aritmiya kimi simptomlara da rast gəlinir.
Kalsium və fosfora əlavə olaraq maqnezium da sümüklərin formalaşmasında rol oynayır. Həmçinin əzələ yığılması,sinir impulslarının ötürülməsi, enerji sintezi kimi funksiyaları da vardır. Maqnezium çatışmazlığı sinir-əzələ ötürmələrini artmasına, qıcolmalara, depresiya səbəb olur, hansı ki, kalsium çatışmazlığı fonunda bu daha da şiddətlənir. Bu səbəbdən kalsium-maqnezium-fosfor metabolizminin yoxlanılmasında vitamin D miqdarının təyini vacibdir.
Vitamin D çatışmazlığı səbəbləri nələrdir?
Vitamin d çatışmazlığı aşağıdakı vəziyyətlərdə ortaya çıxır:
- D vitamini ilə zəngin qidalardan istifadə etməmək
- D vitamininin metabolizminin olmaması
- Genetik xəstəliklər
- Günəş işığında yetərli zaman keçirməmək
Vitamin D çatışmazlığı zamanı nə baş verir?
Yetəri qədər günəşlənməmə və təbii qidalarda az miqdarda Vitamin D olması vitamin D əksikliyinin yaranmasına səbəb olur. Bu zaman yaranan patologiyaları aşağıdakılar kimi sadalaya bilərik:
- Osteomalyasiya adlanan yetkinlik dövründə yaranan sümük xəstəliyi
- Sümük və əzələ ağrıları,sümüklərin tez qırılması
- Körpələrdə və uşaqlarda əzələlərdə zəiflikvə sümük deformasiyasına səbəb olan raxitlik
- Sümük metabolizminin inkişaf etməməsi
- İmmunitetin yaxşı işləməməsi nəticəsində xəstəliklərlə mübarizənin zəifləməsi
- Artıq çəkililik
- Yuxu pozğunluqları
- Alzeimer xəstəliyinə səbəb yaradır
- Günün bütün saatlarında xroniki yorğunluq
Yuxarıda qeyd olunanlardan əlavə sümük əriməsi kimi sümük xəstəlikləri, şəkər və ürək xəstəlikləri kimi patologiyaların yaranmasına səbəb olur.
D vitamini hüceyrələrarası əlaqəni artırdığı üçün sürətli bölünmənin qarşısını alır. Bununla da hüceyrələrin anormal çoxalmasının qarşısını alaraq buraya qan axımını artırır və xərçəng hüceyrələrinin qidalanmasının qarşısını alaraq onların məhvinə səbəb olur. Xüsusi ilə süd vəzi xərçənginin qarşısının alınmasında Vitamin D çox vacibdir.
Hamiləlik və Vitamin D
Hamiləlik dövründə ana və uşaq üçün Vitamin D istifadəsi çox vacibdir. Ana qarnında olan uşaq kalsium ehtiyatını anadan qarşıladığından, ananın hamiləlik və əmizdirmə dövründə kalsium balansını təmin etməsi üçün, vitamin D miqdarının kifayət qədər olması vacibdir. D vitamini əksikliyi olan ananın uşağında sümüklərin yumuşalmasına və zəifləməsinə rast gəlinir. Uşağın əzələlərində zəiflik, əmgəyin bağlanıb bağlanmaması, dişlərin gec çıxması kimi hallar da vitamin D əksikliliyin işarətidir. D vitamini əksikliyi zamanı hamilələrdə hamiləlik zəhərlənməsi kimi də bilinən preeklampsiya riskini də artırır.
Hamiləliyin 12- ci həftəsindən etibarən həkim göstərişi ilə əmizdirmə dövrünün 6-cı ayına kimi həkimin nəzarəti ilə Vitamin D əlavəsinin istifadəsi olmalıdır.
Kimlər risk qrupuna aiddir?
- Açıq dəri rəngi olanlar
- Yaşlılar
- Diabet xəstələri
- Qapalı şəraitdə işləyənlər
- Böyrək və qaraciyər xəstəliyi olanlar
- Qidalanma pozuntuları olanlar
- Mədə əməliyyatı keçirənlər
- Hamiləlik və əmizdirmə dövründə olanlar
- Epilepsiya dərmanı istifadə edənlər
- Kortizol tərkibli dərman istifadə edənlər
- Çölyak xəstələri
Vitamin D hansı qidalarda var?
Orqanizmin ehtiyacı olan Vitamin D nin ən önəmli mənbəyi günəş işıqlarıdır ki, bu da ehtiyacımız olanın 95% ni təşkil edir. Digər 5% i qidalardan təmin edilir.
Bunun üçün dərinin birbaşa günəş işığı ilə təması olmalıdır. Geyim üzərindən və ya pəncərə arxasından alınan günəş işığı vitamin D əksikliyinin qarşısının alınmasında faydalı deyildir. Həmçinin 20 faktor və yuxarı günəş kremləri vitamin D sintezinə maneə törədir. Demək olar ki, bütün yaşlarda rast gəlinin vitamin D əksikliyinin əsas səbəbi qapalı şəraitdə olmaq və kifayət qədər günəş işığından faydalana bilməməkdir. Xüsusilə isti yay günlərində, səhər və günortadan sonra gün işığında olmaq daha faydalıdır. Günəş işıqının yetərli miqdarı dəri rənginə, yaşa və günəşlənmə formasına görə dəyişir. Dəri rəngi tünd olanlarda vitamin D nin sintez olunması üçün daha çox günəş şüaları alması lazımdır.
D vitamini ilə zəngin olan qidaları aşağıdakı kimi sadalaya bilərik:
- Süd və süd məhsulları
- Yağ baxımından zəngin olan balıq növləri
- Yumurta
- Portağal suyu kimi təbii meyvə şirələri
- Toyuq ciyəri
- Balıq yağı
- Cəfəri
Vitamin D nin normadan çox olması nələrə səbəb olur?
Yağda toplanan və sidik ilə atıla bilməyən D vitamini, orqan və toxumalarda kalsiumun toplanmasına səbəb olur. D vitamini həkim nəzarəti olmadan istifadə edilməməlidir. Vitamin D yüksəkliyin zərərlərini aşağıdakı kimi sadalaya bilərik:
- Toxuma və orqanlarda kalsifikasiya
- Böyrək daşının yaranması və böyrək patologiyaları
- Hipertenziya
- Qanda kalsiumun yüksəlməsi
Digər tərəfdən Vitamin D zəhərlənməsinə və bunun nəticəsində ciddi ürək və böyrək çatışmazlığına səbəb ola bilər. Erkən zəhərlənmə (intoksikasiya) simptomları sümük ağrısı, başgicəllənmə, ağız quruluğu, qəbizlik, davamlı baş ağrısı, susuzluq, iştahsızlıq, ürək bulanması, qusma və aritmiya kimi görünə bilər. Xroniki zəhərlənmə əlamətləri dəri qaşınması, ürək bulanması, cinsi istəksizlik, şiddətli mədə ağrısı, psixiatrik problemlər, sümük ağrısı, sidikdə bulanıqlıq, gözlərdə işığa həssaslıq, qusma ilə özünü göstərə bilər.
Qeyd: günəş şüaları D vitamini artıqlığını yox etdiyi üçün günəşlənmə ilə D vitamini zəhərlənməsi baş vermir.
Vitamin D kimlər üçün daha vacibdir?
Xüsusi ilə payız,qış və yaz dövrlərində vitamin D çatışmazlığı artır. Bu dövrlərdə Vitamin D miqdarının normallaşdırılması üçün Vitamin D yoxlanması tövsiyyə olunur. Vitamin D, kalsium və fosfor azlığı simptomları olanlar üçün xüsusi ilə Vitamin D nin skrininqi vacibdir.
Analizə yaxınlaşmadan öncə mütləq ac qarına olmaq lazımdır.
Sağlam Ailə klinikasına yaxınlaşaraq Vitamin D ni yoxlada və sağlamlığınızın qeydinə qala bilərsiniz.
Vitamin D analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Onlayn qeydiyyat üçün http://www.saglamaile.az saytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz.