B1 vitamini sağlamlığımız üçün çox vacib olan vitamindir. Tiamin adı ilə də tanınan bu vitamin orqanizmdə ən çox ürək-damar sistemi ilə sinir sisteminin işləməsinə təsir edir. B1 vitamini həmçinin yağ və protein parçalanmasına kömək edir. Əlavə olaraq , bu vitamin həzm sistemi divarlarını əhatə edən əzələləri qorumaq və sinir sistemi, üz, saç, göz, ağız və qaraciyər sağlamlığını dəstəkləyir. Bu vitamin anti- stress vitamin də adlanır.
Tiamin insan orqanizmində çox az miqdarda depolana bildiyi üçün gündəlik qəbul edilməli olan bir vitamindir. Onun az saxlanmasının səbəbi tiaminin suda həll olmasıdır. Araşdırmalara görə, insan orqanizmində tiamin təxminən 20 gün saxlanılır.
Tərkibində B1 vitamini olan qidalar:
- Taxıl bitkiləri
- Buğda
- Çovdar
- Lobya
- Maya
- Qoz
- Qaraciyər
- Ürək
- Yumurta sarısı
- Kəpək
- Qulançar
- Ispanaq
- Tuna balığı
- Yaşıl noxud
- Gül kələm
- Pomidor
- Badımcan
- Şirin bibər
B1 vitamini çatışmazlığı əlamətləri:
- yorğunluq, zəiflik, əsəbilik
- iştahsızlıq
- ürəkbulanma, qusma
- depressiya
- baldır əzələlərində gücsüzlük
- yuxusuzluq
- fizioloji dəyişikliklər
- nəfəs darlığı
- ürək problemləri
- iflic (sinir sisteminin zədələnməsinə bağlı)
B1 vitamini çatışmayan zaman Beri-beri xəstəliyi əmələ gəlir.
Quru Beri- beri xəstəliyi zamanı sinir və əzələ anomaliyası, ayaq barmaqlarında tikan batması hissi, gecələr ayaqlarda yanma hissi, qıcolma və əzələ atrofiyası rast gəlinir.
Yaş Beri- beri ən çox yayılan əlamətləri şok və ölümə səbəb olmasıdır. Əlamətləri güclü ürək döyüntüsü, ayaqlarda ödem, ağciyər ödemi, aşağı təzyiq ( hipotenziya).
B1 vitamini çatışmazlığı əsasən uzunmüddətli alkoqol qəbul edən şəxslərdə, HİV, AİDS, dializ xəstələrində, yüksək miqdarda diuretik istifadə etdikdə rasr gəlinir.
B1 vitamininin faydaları :
- yaddaşı gücləndirir
- diqqət və konsentrasiyanı artırır
- sinir sistemini stress və depresiyaya qarşı qoruyur
- iştahı artırır
- sirroz və hipertiroidin qarşısını alır
- insanın enerjili və aktiv olmasını təmin edir.