Laboratoriya

İstehlakçı hüquqları

Pasiyentin hüquqları

  • Şəxsi istəyinə əsasən tibb mərkəzi və həkim seçmə hüququ
  • Sağlamlığı, müayinə nəticələri və müalicə prosesi (edəcəyi ödəniş daxil olmaqla) haqqında bütün məlumatlarının məxfi saxlanması hüququ
  • Qoyulan diaqnozuna dair tam məlumatı həkimdən anlaşılan formada almaq hüququ
  • Ona xidmət göstərən həkim və digər tibbi personalın professional statusunu bilmək, hansı həkimin məhz mövcud situasiyada daha yararlı ola biləcəyini öyrənmə və seçmə hüququ
  • Tibb mərkəzində olan qaydalar haqqında məlumatlandırılma hüququ
  • Problem yarandığı təqdirdə İstehlakçı Hüquqları Şöbəsinə müraciət etmək hüququ

2014-cü ildən etibarən Sağlam Ailə Tibb Mərkəzində “İstehlakçı hüquqlarının müdafiəsi” Şöbəsi tərəfindən pasiyentlərin hüquqları qorunur. Eyni zamanda Şöbə əməkdaşları  vətəndaşlar tərəfindən daxil olan təklif, sorğu və şikayətləri operativ şəkildə araşdıraraq təhlil edir, nəticələr haqqında müraciət edən şəxsi məlumatlandırır.

Bu istiqamətdə atdığımız mühüm addımlardan biri də laborator müayinədən asılı olaraq, nümunələrin 1-3-6 ay ərzində arxivdə saxlanılımasıdır.Təkrar və ya digər bir müayinə aparılmasına ehtiyac olarsa, arxiv nümunədən istifadə oluna bilər. (012) 910 nömrəli Çağrı Mərkəzimizlə əlaqə saxlayaraq nümunənin müayinəyə yararlılığı ilə bağlı məlumatı dəqiqləşdirmək mümkündür. 

Sizin məmnuniyyətiniz, bizim inkişafımızdır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi