Konfranslar

Beynəlxalq Qastroenteroloji Onkoloji Hepatoloji Sammit

14-15 oktyabr tarixlərində Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyi və Azərbaycan Endoskopik Laporoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı,  Sağlam Ailə Tibb Mərkəzinin tərəfdaşlığı ilə Hilton Baku Otelində “Beynəlxalq Qastroenteroloji Onkoloji Hepatoloji”  sammit keçirilib. 

Tədbirin əsas məqsədi həkimlərə müalicə üsullarının  doğru seçilməsi, ən yeni terapevtik müalicələr haqqında məlumat çatdırmaq olub. Sammitin bir hissəsi onkoloji problemlərə xüsusilə də qaraciyər xəstəliklərindən sonra yaranan onkoloji problemlərə həsr olunub.

Sammitdə, assosiasiyaların həkim üzvləri də daxil olmaqla, Pakistan və Misirdən dəvət olunmuş xarici professor həkimlər, tibbin son yeniliklərini özündə əks etdirən  faydalı, informativ mövzuları ilə çıxışlar edib, iştirakçıların sualları cavablandırıblar.

Tədbirin sonunda sammit müddətində Sağlam Ailə Tibb Mərkəzi tərəfindən təşkil olunan lotoreyanın qalibi olan həkimlərə hədiyyələr təqdim edilib.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi