24 iyun 2011-ci il tarixində Bakı Biznes Mərkəzində “Dermatovenerologiyada Müasir Yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Ə.Əliyev adına Az.DHTİ və Avrasiya Dermatoloji Platformunun təşkilatçılığı, Sağlam Ailə Tibb Mərkəzinin baş tərəfdaşlığı ilə təşkil olunmuşdur.
Tədbirdə 600 yerli həkim mütəxəssis və 15 xarici mühazirəçi iştirak etmişdir.