Konfranslar

Uşaqlarda inkişaf geriliyi

28 May 2022-ci il tarixində Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı, META Endokrin Mərkəzinin təşkilati dəstəyi ilə “Uşaqlarda inkişaf geriliyi” mövzulu konfrans təşkil olunub.
Konfransı açıq elan edən Sağlam Ailə Tibb Mərkəzlərinin İcraçı direktoru Nigar Rüstəmli Sağlam Ailə Tibb Mərkəzinin fəaliyyəti və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Daha sonra META Endokrin Mərkəzinin həkim heyəti “Uşaq endokrinologiyasında boy qısalıqlarına ümumi yanaşma”, “Qalxanabənzər vəzi xəstəlikləri və boy qısalığı”, “Az çəkili uşaqlarda qidalanma problemləri”, “Az çəki ilə doğulmuş uşaqlarda endokrinoloji problemlər” mövzuları ilə çıxış edib.

Tədbirin bağlanış mərasimi Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin konsert proqramı ilə yekunlaşıb.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi