Tədbirlər

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Uşaqlar gülərsə dünya gülər...
Onlar bugünümüz, ümidimiz, gələcəyimizdir. Onları sevgi ilə böyüdək, sağlam və xoşbəxt gələcək bəxş edək!

Bütün uşaqlara sevgi ilə əhatələnən dünyada sağlam böyümələrini diləyirik.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhid övladları ilə birlikdə olduq. Onların gələcəkdə həkim olmaq arzularına doğru cığır açdıq.

Onlar deyir ki; “Böyüyəndə hansı peşə sahibi olursaq olaq, ağıllı, çalışqan, vicdanlı, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş atamıza layiq övlad kimi böyümək, anamızın əziyyətini itirməmək, daima müdafiə olunmaq, daima xoşbəxt olmaq istəyirik”
Gələcək onlarla sağlam gələcək! 

Layihənin icrasında dəstək olan "YAŞAT" Fonduna öz təşəkkürümüzü bildiririk.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi