2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində yaradılan ASAN xidmət mərkəzlərində funksional xidmət göstərən tibb müəssisəsi olaraq məhz Sağlam Ailə Tibb Mərkəzi seçilmişdir.
Bakı şəhərindəki 1, 2,4 saylı və Gəncə şəhərində yerləşən “ASAN XİDMƏT” mərkəzlərində 16 yaşına çatmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin alınması üçün tələb edilən tibbi arayış (qan qrupunun təyin edilməsi), 16 yaşına çatmış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin alınması üçün tələb edilən tibbi arayış (boyun ölçülməsi, göz rənginin və qan qrupunun təyin edilməsi) və ilkin tibbi yardımın göstərilməsi cari ilədək Sağlam Ailə Tibb Mərkəzinin həkimləri tərəfindən həyata keçirilib.
ASAN xidmət mərkəzlərində 10 il ərzində peşəkar xidmət göstərən tibbi heyət nümayəndələrinə Sağlam Ailə Tibb Mərkəzinin rəhbərliyi tərəfindən Təşəkkürnamə təqdim edilib.