Tədbirlər

“Beynəlxalq ahıllar günü” uzunömürlü ailələrlə görüş

 30 aprel 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Dilarə Cəbrayılovanın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sağlam Ailə Tibb Mərkəzinin birgə dəstəyi ilə 1 oktyabr - Ahıllar Günü ilə əlaqədar olaraq rayonun ən uzun müddətli – 67 və 65 il birgə nikahda olan yaşlı ailələri ziyarət olundu. Gənc nəslə nümunə olan bu ahıllar uzunömürlü nikahlarının sirrlərini bölüşərək ölkə rəhbərinin əhalinin bütün təbəqələrinə olduğu kimi yaşlı və ahıllara da göstərdiyi diqqət və qayğıdan söz açdılar.Sabunçu RİH-i başçısının müavini Rəna Fərəcova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Rayon Vətəndaşlıq Vəziyyəti Aktları Qeydiyyatı şöbəsinin müdiri Lətafət Hacıyeva bu nümunəvi uzunömürlü ailələri xüsusi mükafatlarla təltif etdi. Sağlam Ailə Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nigar Rüstəmli isə yaşlı ailələrə ödənişsiz ümumi tibbi müayinə kuponları hədiyyə etdi.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi