Tədbirlər

Döyüş meydanında yaralılara ilk tibbi yardım və onların döyüş meydanından çıxarılmasının təşkili

28 aprel 2016-cı il tarixində Sağlam Ailə Tibb Mərkəzi və Nərimanov rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sağlam Ailə Tibb Mərkəzinin həkim-terapevti, eyni zamanda ehtiyatda olan tibb xidməti polkovniki Azər Nağıyev tərəfindən “Döyüş meydanında yaralılara ilk tibbi yardım və onların döyüş meydanından çıxarılmasının təşkili” mövzusunda təlim keçirilib.

Təlim zamanı toksiki və zəhərli maddələrlə çirklənmiş ərazidə huşunu itirmiş zərərçəkmişlərə əleyhqazların geyindirilməsi, ehtiyacı olanlara şpris-tübik vasitəsilə ağrıkəsicilərin yeridilməsi, yuxarı tənəffüs yollarını selikdən, qandan və yad cisimlərdən təmizləməklə mexaniki asfiksiyanın aradan qaldırılması, bütün imkan və vasitələrdən istifadə etməklə xarici qanaxmanın dayandırlması, fərdi sarğı paketindən istifadə etməklə yaraya və ya yanıq səthinə aseptik sarğının qoyulması,qarın boşluğu yaralanmalarında xaricə çıxmış daxili orqanların qarın boşluğuna salınaraq aseptik sarğı ilə qarının ön divarına sarınıb bərkidilməsi və s. mövzular haqqında ətraflı məlumat verilmişdir.

Təlim zamanı əleyhqazın geyinilmə qaydası, asfiksiyanın aradan qaldırılması, qanaxmaların müvəqqəti dayandırılması, desmurgiya, nəqliyyat immobilizasiyası və yaralını daşıma üsullarını praktiki şəkildə göstərilmişdir.

Təlimdə Nərimanov rayon Gənclər və İdman İdarəsi və Sağlam Ailə Tibb Mərkəzinin əməkdaşları, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Təfəkkür Universitetinin tələbələri iştirak etmişdir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi