Tədbirlər

“Sağlam könüllü” layihəsi

“ASAN School” könüllülük məktəbi və Sağlam Ailə Tibb Mərkəzi arasındakı əməkdaşlıq çərçivəsində “Sağlam könüllü” layihəsi təşkil edilib. Layihə çərçivəsində “ASAN xidmət” mərkəzlərində cari fəaliyyət göstərən 400 nəfər könüllü üçün “Sağlam Ailə” əmtəə nişanı altında fəaliyyət göstərən “Ultra Lab” Bilgəh mərkəzində məlumat turları təşkil edilib və könüllülər profilaktika məqsədilə müxtəlif müayinələrdən keçib.

Görüşlər zamanı gənclərə “Sağlam Ailə”, “Profilaktik müayinənin əhəmiyyəti”, “Nikah öncəsi müayinələrin vacibliyi” “QİÇS, Hepatit, Sifilis və digər neqativ halların profilaktikasını təmin etmək” və digər mövzularda ətraflı məlumat verilib.

“ASAN School” könüllülük məktəbi Azərbaycanda könüllü fəaliyyətinin təkmilləşdirilməsi, könüllülərin praktiki bilik və bacarıqlarının gücləndirilməsi missiyası altında fəaliyyət göstərir. “ASAN School” könüllülük məktəbinin əsas məqsədi, könüllüləri gələcək peşəkar fəaliyyətdə uğur qazanmaları üçün praktiki biliklərlə təmin etmək, maarifləndirmək, peşəkarlığını inkişaf etdirmək, intellektual və mənəvi inkişafına təkan vermək, cəmiyyətdə fəal iştirak etmələrini düzgün istiqamətləndirmək, istedadlı könüllüləri aşkarlamaq və onların şəxsi inkişafı üçün şərait yaratmaqdır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi