2 İyun 2024-cü il tarixində Azərbaycan Diplomatiya Mərkəzinin təşkilatçılığı ilə HR Global Forum təşkil edilmişdir. Tədbirdə yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, aparıcı konsaltinq şirkətlərinin rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxsləri vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs etmişlər.
Tədbir iştirakçılarına Distant fəaliyyət və hibrid iş modelləri, İnsan Resurslarının idarə edilməsində “neuroscience” əhəmiyyəti, İxtisas Təhsilindən Əlavə: istedadların və bacarıqların kəşf edilməsi, İnsan mərkəzli ESG: İR-da Sosial Məsuliyyət Mədəniyyətinin tətbiq edilməsi və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələr haqqında ətraflı məlumat verilib.
Forumda Sağlam Ailə Tibb Mərkəzinin İnsan resurları Departamentinin nümayəndəsi “İşə qəbul mərhələlərində tibbi yoxlanışların önəmi” mövzusu ilə çıxış etmişdir.
Forumun sonunda iştirakçılara İngiltərədə akkreditasiya olunmuş beynəlxalq təşkilat tərəfindən HR Beynəlxalq Sertifikat təqdim olunub.