21 Aprel 2024-cü il tarixində “Azərbaycan Gənclər və İdman Nazirliyi” və “Azərbaycan Atletika Federasiyası”nın təşkilatçılığı, Hyundai markasının rəsmi distribütoru “Auto Azerbaijan” və Sağlam Ailə Tibb Mərkəzinin təşkilati dəstəyi ilə “HYUNDAI RUN” kütləvi qaçış tədbiri baş tutub!
Yarışın keçirilməsində əsas məqsəd fiziki məhdudiyyəti olan insanlarda ümid yaratmaq, idmanın inkişafına dəstək olmaq olub. Sağlam həyat və idmanın vacibliyini vurğulayan bu tədbirdə iştirak etməkdən qürur duyuruq.
Sağlamlığınız üçün qaçın, sağlam həyat üçün hərəkətə keçin!