Tədbirlər

İrəli İctimai Birliyi

23 dekabr 2015-ci il tarixində Prezident Administrasiyasının nümayəndələri, millət vəkilləri, nazirlər, dövlət rəsmiləri və gənclər təşkilatlarının fəallarının iştirakı ilə Azərbaycanın ən böyük gənclər təşkilatlarından biri olan İrəli İctimai Birliyinin təsis edilməsinin 7 illiyi qeyd edilib.

Tədbirdə Sağlam Ailə Tibb Mərkəzi, Azərbaycanda aparılan dövlət gənclər siyasətinin inkişafı və gənclərin ictimai-siyasi maarifləndirilməsi prosesində aktiv iştirakına görə İrəli İctimai Birliyi tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Qeyd edək ki, İrəli İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi