Tədbirlər

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sağlam gənclik, güclü cəmiyyət” forumu baş tutub.

1 saylı Bakı “ASAN xidmət” mərkəzi və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sağlam gənclik, güclü cəmiyyət” forumu həyata keçirilib.

Tədbirdə ASAN könüllüləri ilə yanaşı müxtəlif könüllü təşkilatlarını təmsil edən gənclər də iştirak edib.

Forumun açılış hissəsində çıxış edən “ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musaev gənclərin sağlam inkişafının güclü və dayanıqlı cəmiyyətin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. “Sağlam Ailə” Tibb Mərkəzinin Hüquq, Strategiyalar və Rəqəmsal İdarəetmə üzrə direktor müavini Vədiyə Ələkbərzadə bildirib ki, Mərkəz sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq cəmiyyət yönümlü layihələrin fəal iştirakçısıdır. Xüsusilə profilaktik tibbi müayinələrin təşviqi və bu sahədə əhalinin maarifləndirilməsi istiqamətində Mərkəzin gördüyü işlər, onun səhiyyə sahəsində aparıcı rolunu və ictimai rifaha verdiyi dəyərli töhfəni bir daha nümayiş etdirir.

Forum çərçivəsində “Sağlam Ailə” Tibb Mərkəzinin həkim-mütəxəssisləri uzman terapevt Könül Zamanova düzgün qidalanma, ginekoloq Çinarə Adilbəyli cinsi yolla keçən infeksiyalar və yoluxucu xəstəliklər, endokrinoloq Mehri Hüseynova endokrinoloji xəstəliklər, piylənmə və zərərli vərdişlər, hematoloq Xuraman Cəfərova isə talassemiya, qan azlığı və qan donorluğu ilə bağlı tibbi mövzuları əhatə edən maarifləndirici sessiyalarda çıxış ediblər. Sonda isə könüllülər tərəfindən həkimlərə suallar ünvanlanıb, qarşılıqlı müzakirələr keçirilib.

Görüş könüllülərə sağlamlıqları ilə bağlı faydalı və təcrübi biliklər qazandırıb, o cümlədən peşəkar həkimlərlə birbaşa fikir mübadiləsi aparmaq imkanı yaradıb.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi