Tədbirlər

Şamaxıda sosial layihə təşkil olunub

Millət vəkili Tamam Cəfərovanın dəstəyi, Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş koronavirus infeksiyası (COVID-19) ilə bağlı əhalinin sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə Şamaxı şəhərində sosial layihə keçirilib. Layihə Millət vəkilinin səlahiyyətli nümayəndələri, regionda olan könüllülər və Sağlam Ailə Tibb Mərkəzinin nümayəndələri ilə müştərək şəkildə icra edilib.

Belə ki, layihə çərçivəsində xüsusi risk qrupunda olan şəxslərə, mağazada çalışan əməkdaşlara, taksi və avtobus sürücülərinə və s. tibbi ləvazimatlar - maska, əlcək, antiseptik məhlul və maarifləndirici materiallar paylanılıb. Şamaxı rayonu üzrə yaşı 65-dən yuxarı olan tənha yaşayan ahıllara isə tibbi ləvazimatlarla yanaşı ərzaq bağlamaları da təqdim edilib.

Sovqatları təqdim edilən zaman vətəndaşlarla profilaktik söhbətlər aparılıb. Koronovirus infeksiyasının yayılmasının qarşısını almaq üçün gigiyenik qaydalara riayət etməyin onların sağlamlıqları, yarana biləcək təhlükələrin qarşısının almaq üçün nə qədər vacib olduğu xatırladılıb.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi