Tədbirlər

"Reproduktiv sağlamlıq" – Sumqayıt

Reproduktiv sağlamlıq, sağlam ailələrin və ailə münasibətlərinin formalaşmasında bu gün aktual məsələlərdən biridir.
Elə bu səbəbdən də Sumqayıtda Sağlam Ailə Tibb Mərkəzi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyi və Sumqayıt Gənclər evinin birgə təşkilatçılığı ilə gənc xanımlar üçün “Reproduktiv sağlamlıq” mövzusunda təlim təşkil edilib. Təlimdə Sağlam Ailə Tibb Mərkəzinin mama-ginekoloqu Sevgin Bayramzadə gənclərə reproduktiv sağlamlığa təsir edən amillər, xəstəliklər, yolxucu infeksiyalar, nikahdan əvvəl tibbi müayinənin səbəbi və erkən nigahın fəsadları haqqında məlumatlar verib.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda təlimdə iştirak etmiş gənclərə sertifikat və ”Gənclər” kuponu təqdim edildi.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi