Tədbirlər

"Reproduktiv sağlamlıq" – Xırdalan şəhəri Heydər Əliyev Mərkəzi

Reproduktiv sağlamlıq, sağlam ailələrin və ailə münasibətlərinin formalaşmasında bu gün aktual məsələlərdən biridir.

Elə bu səbəbdən də 1 noyabr 2023-cü il tarixində Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində Sağlam Ailə Tibb Mərkəzinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyi birgə təşkilatçılığı ilə gənc oğlanlar üçün “Reproduktiv sağlamlıq” mövzusunda təlim təşkil edilib.

Təlimdə Sağlam Ailə Tibb Mərkəzinin həkim uroloq-androloqu t.e.d Rafiq Hüseynzadə gənclərə reproduktiv sağlamlığa təsir edən amillər, xəstəliklər, yoluxucu infeksiyalar, kişi sağlamlığında nigah öncəsi vacib məqamlardan və cinsi sağlamlıq haqqında məlumatlar verib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar həkim tərəfindən ətraflı cavablandırılmışdır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi