Tədbirlər

SAĞLAM AİLƏ olaraq qadın sahibkarların yanındayıq!

SAĞLAM AİLƏ Tibb Mərkəzi "Qadın Sağlamlığı İli" çərçivəsində qadın sahibkarların maarifləndirilməsi və profilaktik müayinələrə cəlb olunması istiqamətində növbəti layihəsini icra edib. 28 fevral və 1 mart tarixlərində keçirilən "Woman Bazaar" festivalı ərəfəsində mərkəzin mütəxəssisləri tərəfindən həssas qruplardan olan sahibkar xanımlar üçün xüsusi təlim təşkil olunub. Təlimin əsas mövzusunu xəstəliklərin erkən diaqnostikasında profilaktikanın rolu və qadın sağlamlığının qorunması üsulları təşkil edib.

Təhsil və maarifləndirmə prosesinin davamı olaraq, fərqindəlik yaratmaq məqsədilə iştirakçılara praktiki dəstək göstərilib. Belə ki, təlimdə iştirak edən sahibkar xanımlara süd vəzi xərçənginin monitorinqi üçün zəruri olan onkomarker müayinələri ödənişsiz şəkildə təqdim olunub. Bu addım risk qrupunda olan xanımların tibbi yoxlanışlardan keçməsini təşviq etmək və profilaktik tədbirlərin əlçatanlığını təmin etmək məqsədi daşıyır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi