Hər bir müəssisənin uğurlu fəaliyyəti onun kadr potensialından asılıdır. Öz işinin peşəkarı olan əməkdaşlardan ibarət kollektivimiz işini mükəmməl şəkildə icra etməyə qadir təcrübəli mütəxəssislərdir.
"Sağlam Ailə" Tibb Mərkəzi tərəfindən əməkdaşlarımızın mütəmadi şəkildə peşəkarlıqlarının artırılması məqsədilə müxtəlif mövzulu təlimlər təşkil olunur.
Daha bir təlimimiz isə Sağlam Ailə Tibb Mərkəzi və "Business Management School" təlim mərkəzinin birgə əməkdaşlığı ilə keçirilmişdir.
Nəzəri və praktiki hissələrə ayrılmaqla təşkil olunan təlimdə göstərilən nümunələr və interaktiv fəaliyyətlər təlimin iştirakçılar tərəfindən daha yaxşı mənimsənilməsinə nail olunub.
Tədbirlər