Tədbirlər

Sağlam Ailə Tibb Mərkəzində Dəyirmi masa

Azərbaycan və Gürcüstan qadın sahibkarlarının əməkdaşlığının gücləndirilməsi ilə biznes imkanlarının yaradılması üzrə forum çərçivəsində Sağlam Ailə Tibb Mərkəzində dəyirmi masa və məlumat turu təşkil edilib.

8-11 iyun 2024-cü il tarixlərində Azərbaycan və Gürcüstan qadın sahibkarlarının iki ölkə arasında biznes əməkdaşlığını gücləndirmək məqsədi, Magen David Azərbaycanın dəstəyi, Magen David International Center for Women, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (QİM İB) və Women Business Council in Georgia (WBCG) birgə əməkdaşlığı ilə qarşılıqlı biznes əlaqələrinin qurulması, eyni zamanda təcrübə mübadiləsi üçün müxtəlif tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində 10 iyun tarixində Sağlam Ailə Tibb Mərkəzində millət vəkili, Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası işçi qrupununun rəhbəri, “Magen David Azərbaycan”nın fəxri sədri Anatoliy Rafailov, millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Səhiyyə komitəsinin üzvü İlham Məmmədov, Sağlam Ailə Tibb Mərkəzinin direktoru Vüqar Eyvazov, “Magen David Azərbaycan”nın baş direktoru David Seliverstov, “Women Business Council in Georgia”nın rəhbəri Natia Meparashvili, “Magen David Women”nin direktoru Aygün Əhmədova, CIPE proqram rəhbəri Şəlalə Kamilova, Həkimlərin Biznes Klubunun direktoru Sevil Quvalova, Azərbaycan-Gürcüstan səhiyyə sahəsində fəaliyyət göstərən digər sahibkar qadınların və həkimlərin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Görüşdə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın gələcək inkişafına dair fikir mübadilələri aparılıb və perspektivlər nəzərə çatdırılıb.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi