Tədbirlər

“Sağlam gənclik, sağlam gələcək” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində “İlk tibbi yardım” təlimi

“Sağlam gənclik, sağlam gələcək” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetin tələbələri üçün “İlk tibbi yardım” təlimi keçirilib.

İlk tibbi yardım xəsarət alan şəxsin yaxınlığında olan şəxslər tərəfindən göstərilir. Bir qayda olaraq hər bir şəxs İlk tibbi yardım haqqında məlumatlı olmalıdır. 30 noyabr tarixində Sağlam Ailə Tibb Mərkəzi tərəfindən Azərbaycan Texniki Universitetində 200 nəfərdən artıq tələbənin iştirakı ilə “İlk tibbi yardım” mövzusunu əhatə edən təlim təşkil olunub.
Tədbiri Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatının  sədri Eyvaz Məhəmmədli açıq elan edərək iştirakçılara layihənin məqsədi haqqında məlumat verib.  

Təlim zamanı Sağlam Ailə Tibb Mərkəzinin həkim-terapevti Etibar Süleymanov ilk tibbi yardımın əsasları, qəzalar zamanı nə etməli, qanaxmaların qarşısının alınması üçün ilkin müdaxilə və digər hallarda ilk tibbi yardım göstərmək üçün nəzəri və təcrübi məlumatları tələbələrlə bölüşüb.

 “İlk tibbi yardım” təliminin məqsədi bədbəxt hadisələr zamanı insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərin ilkin olaraq düzgün şəkildə necə köməklik göstərməsini öyrətməkdir.

Qeyd edək ki, Sağlam Ailə Tibb Mərkəzi tərəfindən mütəmadi şəkildə gənclərlə müxtəlif mövzulu təlimlər təşkil olunur. Bugünədək təşkil olunan təlimlərdə 12.000-dən artıq gənc iştirak etmişdir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi