27 oktyabr tarixində Gəncədə “ASAN xidmət” mərkəzində, Sağlam Ailə Tibb Mərkəzi və AR Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə “Sağlam qadın, Sağlam gələcək” mövzusunda tədbir keçirildi.
Tədbirdə 100-dən çox xanım iştirak etdi. ASANçılar birliyinin üzvü Babayeva Böyükxanım açılış nitqi ilə başladı, daha sonra Cəbrayıl Abbasov Sağlam Ailə Tibb Mərkəzi haqqında məlumat verdi.
Tədbirin moderatoru, Birinci panelin rəhbəri, Sağlam Ailə Tibb Mərkəzinin Ultralab filiallarının ictimaiyyətlə əlaqələr üzrə meneceri Nailə Mirzəzadə oldu.
Birinci paneldə pediatr Mina Qocayeva “Analar və uşaqlar”, uşaq və yeniyetmə psixiatrı Ceyhun Cəfərov “Doğru Ana olmaq!”, terapevt Şəfa Məmmədova “Sağlam həyat” mövzularında çıxış etdilər.
İkinci paneldə isə radioloq Vasif Hacıyev “Süd vəzi xəstəliklərinin erkən aşkarlanması”, həkim-ginekoloq, kolposkopist Nərgiz Qürbətova “Uşaqlıq boynu xərçəngi” və endokrinoloq Mehri Həsənova “Gizli şəkər” mövzularını təqdim etdilər.
Tədbirdə iştirak edən hər kəsə təşəkkür edirik!
Tədbirlər