Tədbirlər

Shahdag Running Fest 2024

13-14 İyul 2024-cü il tarixlərində Şahdağ İdman Kompleksində "Qaçış üzrə Turnir" Sağlam Ailə Tibb Mərkəzinin tərəfdaşlığı ilə baş tutub. Bu turnir təbiətsevərlər və macəra həvəskarlarının bir araya gəlməsi üçün xüsusi fürsət təqdim etdi. İştirakçılar şəhərin xaosundan uzaqlaşmaq və Şahdağın bənzərsiz təbii gözəlliklərini kəşf etmək imkanı qazandılar. 

Turnirdə müxtəlif yaş qruplarından və bacarıq səviyyələrindən olan yarışçılar dağlıq ərazidə çətin yollarda yarışaraq bacarıqlarını nümayiş etdirdilər. Sağlam Ailə Tibb Mərkəzi Şəbəkələri olaraq iştirakçıların sağlamlığı və təhlükəsizliyi bizim əsas prioritetimizdir. Buna görə də biz hər bir yarışçını yarışa hazırlıq zamanı və yarış zamanı ən yüksək sağlamlıq və təhlükəsizlik standartlarına riayət etməyə təşviq edirik.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi