Tədbirlər

P&G şirkətinin heyəti üçün “Stressin idarə olunması” təlimi

Uğura gedən yolda səbrli olmaq və stressi idarə etmək bacarığı tələb olunur. Bunun üçün isə emosional dözümsüzlük və stress yaradan düşüncə və davranışlarla mübarizə aparmağı bacarmaq lazımdır. Emosiyalarını idarə edə bilən şəxslər güclü insan və professional xüsusiyyətlərə malik əməkdaş kimi qəbul edilir.

Məhz bu amilləri nəzərə alaraq, 27-28 aprel 2017-ci il tarixlərində Sağlam Ailə Tibb Mərkəzinin əməkdaşları tərəfindən P&G şirkətinin heyəti üçün “Stressin idarə olunması” təlimi təşkil edilmişdir.

Təlimdə iştirakçılara emosional zəkanı gücləndirmə üsulları, ətrafda baş verən neqativ hallara qarşı müqavimətin artırılması və ümumilikdə stress yaradan amillərin idarə olunması ilə ətraflı məlumat verilmişdir.

      2 gün davam edən təlimlərin sonunda P&G şirkətinin əməkdaşları üçün səyyar müayinə keçirilmişdir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi