Tədbirlər

"Telefonda danışıq və üz-üzə xidmət" mövzulu təlim

28 İyun 2021-ci il tarixində daha bir qrup Müştəri xidmətləri əməkdaşları üçün “Telefonda danışıq və üz-üzə xidmət” mövzulu təlim təşkil olunub. Pasiyent məmnunluğu nədir, fərdi keyfiyyətlər, çətin pasiyent tipləri, onlarla yaranan situasiyalar təhlil olunmuş və keyfiyyətli xidmət göstərilməsindəki yanaşmalar  öyrənilmişdir.

Nəzəri və praktiki hissələrə ayrılmaqla təşkil olunan təlimdə göstərilən nümunələr və interaktiv fəaliyyətlər təlimin iştirakçılar tərəfindən daha yaxşı mənimsənilməsinə nail olunub.

Hər bir müəssisənin uğurlu fəaliyyəti onun kadr potensialından asılıdır. Öz işinin peşəkarı olan əməkdaşlardan ibarət kollektivimiz işini mükəmməl şəkildə icra etməyə qadir təcrübəli mütəxəssislərdir.