Tədbirlər

"YAŞAT DÜŞƏRGƏSİ"-də Sağlam Ailə Tibb Mərkəzi tərəfindən “İlk tibbi yardım” təlimi

“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 2022-ci ilin 4 iyul tarixindən avqust ayının sonuna qədər şəhid övladları üçün “YAŞAT DÜŞƏRGƏSİ” təşkil olunub.

Layihə çərçivəsində düşərgədə uşaqlar üçün öyrədici təlimlər, əyləncə saatları,  öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, konsultasiyalar və digər proqramlar həyata keçirilir.

Öyrədici təlimlər çərçivəsində 15-18 yaşlı qruplar üçün Sağlam Ailə Tibb Mərkəzi tərəfindən “İlk tibbi yardım” təlimi keçirilmişdir.

Təlim zamanı iştirakçılara qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralanma və yaralara sarğı qoyulması, yad cismin orqanizmə düşməsi, ürəkgetmə, yanma, günvurma, donma və digər hallarda ilk tibbi yardım göstərməklə bağlı əyani məlumatlar verilib.

Təlimin sonunda iştirakçılara sertifikatlar və Tibb kartları təqdim olunub.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi