Tədbirlər

Yaşıl Azərbaycan layihəsi

Ətraf mühitin mühafizəsi, insanların sağlamlığı Azərbaycan dövlətinin ekoloji siyasətinin prioritet istiqamətlərindən biridir. 

23 Dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Kobia, AKIAB, Kiçik və Orta Biznes Subyektləri Klubları Assosiasiyasının birgə təşkilatçılığı ilə Yaşıl Azərbaycan layihəsi keçirilib.

Ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək məqsədilə təşkil olunan aksiya çərçivəsində Sağlam Ailə Tibb Mərkəzi olaraq 500 Ağac töhfəsi verdik.

Təşkilatçılar tərəfindən ağacəkmə aksiyasını dəstəkləyən və qoşulan tərəflərə Təşəkkürnamə təqdim edilib.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi