17 mart 2017-ci il tarixində “Family Tram” üzvləri Sağlam Ailə Tibb Mərkəzində qonaq olub. İlk öncə balacalar üçün mərkəzdə məlumat turu keçirilib, daha sonra isə Family Tram” üzvləri mərkəzin həkimləri tərəfindən ilk tibbi yardım təlimi keçirilmişdir.
Uşaqlara süni tənəffüs və ürəyin qapalı masajı, masaj zamanı əllərin döş qəfəsi üzərində düzgün yerləşdirilməsi, zədələnmələr zamanı sarğının düzgün bağlanması, zədələnən şəxsin düzgün uzadılması və digər mövzularda nəzəri biliklərlə yanaşı, əyani vərdişlər də öyrədilmiş və onların sualları cavablandırılmışdır.