6 mart 2018- ci il tarixdə Beyləqan rayonunda “ASAN Xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub. Aksiyada rayon sakinləri ödənişsiz şəkildə terapevt, kardioloq, ginekoloq, dermatoloq, pediatr, oftolmoloq, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən keçib.
450 rayon sakininin iştirak etdiyi aksiyadan sonra Beyləqan rayon İcra hakimiyyəti başçısının müavini, İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Aytən Mirzəyeva tibbi mayinəni həyat keçirən kollektivlə görüşərək öz təşəkkürünü bildirib və layihənin keçirilməsində əməyi olan Sağlam Ailə Tibb Mərkəzinin kollektivinə fəxri fərman təqdim edib.
Sonda isə yaradılan əlverişli şəraitə və göstərilən diqqətə görə Sağlam Ailə Tibb Mərkəzinin kollektivi və Asan Xidmətin əməkdaşları rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevə təşəkkür ediblər.