Səyyar müayinələr

Gəncə şəhərində Şəhid və qazi ailələrinə ödənişsiz aksiya

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə 8-9 May 2022-ci il tarixlərində Gəncə Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası və Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində xidmət göstərən həkim kollektivimiz şəhid və qazi olmuş müharibə iştirakçılarının ailələrinə ödənişsiz tibbi xidmətlər göstərir.

Layihə çərçivəsində yuxarıda qeyd olunan ailələr üçün Terapevt, Ginekoloq, Uroloq, Nevroloq, Dermatoloq, Endokrinoloq, Oftalmoloq, Kardioloq, EKQ, Rentgen, USM poliklinik xidmətləri, “Qanın kliniki analizi”, “Sidiyin kliniki analizi” və “Qanda şəkərin təyini” laborator müayinələri ödənişsiz aparılır.
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi