Müayinələr
Müayinələr
Həyat keyfiyyətini ciddi şəkildə aşağı salan və bəzən həyati təhlükəsi olan ölçülərə çatan allergiya, bədənimizin zərərsiz yad maddələrə qarşı anormal reaksiyasıdır.Tənəffüs yollarına təsir edən allergiyalar asqırma, burun axması və ya tıxanma, burunda qaşınma və ya yanma hissi, gözlərin qızarması və sulanması, nəfəs almaqda çətinlik, quru öskürək və xırıltıya səbəb ola bilər. Bu simptomlara səbəb olan allergeni aydınlaşdırmaq üçün Tənəffüs paneli (ən çox görülən 35 allergen) istifadə olunur.
Analiz nəticələri həkim tərəfindən qiymətləndirilir.
Kompleks panellərdə nəticə müsbət olduğu hallarda, qarışığın tərkibini bir-bir təhlil etmək tövsiyə olunur.
Müayinələr