Transferrin doyma əmsalı və ya saturasiyası- nə qədər serum dəmirinin transferrin adlanan zülala bağlandığını bildirir. Məsələn, insanda bu dəyər 20%-dirsə, bu o deməkdir ki, transferrin zülalının bağlanma yerlərinin 20%-i dəmirlə bağlıdır.Transferrin saturasiyası yüksək olduqda, bədəndə həddindən artıq dəmir yığılması olduğu düşünülür. Bu o deməkdir ki, transferrin doyma nöqtəsindən daha çox dəmir daşıyır.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Müayinədən 30 dəqiqə əvvəl siqaret çəkməyin.
- Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
Transferrin doyma dərəcəsi yüksəldikdə bədəndə görülən dəyişikliklər:
- Qarın ağrısı, oynaq ağrıları
- Zəiflik, gücsüzlük
- Döş qəfəsində ağrılar
- Dərinin rənginin qaralması, bozarması
- Cinsi performansın zəifləməsi və istəksizlik
- Bədəndə olan tüklərin tökülməsi
Bədəndən dəmir itkisi olduqda və ya dəmirə ehtiyac artdıqda görünən simptomlar:
- Konsentrasiya problemi
- Əllərdə və ayaqlarda uyuşma və soyuqluq
- Gərginlik və əsəbilik
- Saç tökülməsi və ağarması
- Solğun dəri
- Yorğunluq və zəiflik
- Pika sindromu (torpaq və buz kimi maddələr yemək istəyi)
- Ürəkdə nizamsız döyüntülər
Transferrin doyma əmsalı artır:
- Hemoxromatoz
- Xroniki iltihabi xəstəliklər
- Mədə-bağırsaq sisteminin bədxassəli şişləri
- Çoxsaylı Miyelom
- Atransferrinemiya
- Sümük iliyi xərçəngi
Transferrin doyma əmsalı azalır:
- Dəmir çatışmazlığı anemiyası
- Hamiləlik
- Kəskin iltihabi xəstəliklər
- Qeyri-düzgün qidalanma
- Şiddətli menstrual qanaxma
- Həddindən artıq kofein və çay istehlakı.