Virus bədənə daxil olduqdan 3-5 həftə sonra, hətta klinik təzahürlərdən əvvəl anti-HBc IgM istehsal olunur.
Adətən kəskin Hepatit-B infeksiyasını göstəricisi kimi həlledici rol oynayır. Bu o deməkdir ki, orqanizmdə aktiv hepatit B virusu var.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
- Son qida qəbulundan 4 saat keçməsi tövsiyə olunur.
- Viral hepatit B-nin kəskin dövrünü aşkar etmək üçün (hətta hepatitin digər markerləri olmadıqda).
- Hepatitin differensial diaqnostikası üçün.
- Hepatit B-dən sağalma dövrünü və ya infeksiyanın xroniki formaya keçməsini müəyyən etmək.
- Xroniki viral hepatit B monitorinqi üçün.
Müsbət:
- kəskin viral hepatit B (anti-HBc, IgM və HBsAg olduqda);
- xroniki viral hepatit B-nin kəskinləşməsi (bəzi hallarda)
Mənfi:
- bədəndə hepatit B virusunun olmaması (hepatitin digər növləri istisna edilmir);
- viral infeksiyanın inkubasiya dövrü (anticisimlərin istehsalından əvvəl);
- viral hepatit B-nin sağalma və ya xroniki formaya keçid dövrü (xüsusi markerlər və anti-HBc IgG sinfi müəyyən edilir)