Uğurlu müalicə nəticəsində qanda HBeAg mənfi olur və bu antigenə qarşı istehsal olunan Anti-HBe anticisimləri əmələ gəlir. Anti HBe qoruyucu anticisim deyil.

HBeAg-nin tamamilə yox olması və anti-HBe-nin yaranmasından sonra xəstə başqaları üçün daha az təhlükəli olur, onun bioloji mayelərinin yoluxuculuğu azalır.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
  • Son qida qəbulundan 4 saat keçməsi tövsiyə olunur.
  • Müayinədən 30 dəqiqə əvvəl siqaret çəkməyin.
  • Xəstədə HBsAg aşkar edildikdə.
  • HBV-nin gedişatını izləyərkən.
  • HBV-nin dövrünü və mərhələsini təyin etmək üçün.
  • Hepatit B üçün antiviral terapiyanın effektivliyini qiymətləndirmək və sonrakı müalicə taktikalarına qərar vermək.

Müsbət nəticə:

  • Viral hepatit B-nin kəskin dövrün başa çatdığını göstərir.
  • Aşağı yoluxuculuq (HBeAg-mənfi) ilə xroniki viral hepatit B.
  • Viral hepatit B-dən sağalma (qanda anti-HBs və anti-HBc də var).

Mənfi nəticə:

  • İnkubasiya dövrü, HBV-nin kəskin mərhələsinin başlanğıcı.
  • Orqanizmdə virusun aktiv çoxalması ilə xroniki viral hepatit B (HBeAg-müsbət).
  • Bədəndə hepatit B virusunun olmaması.