Qanın laxtalanmasının ən son etapıdır-fibrin və fibrinogenin əmələ gəlməsi. Trombin müddəti (TM) - trombin və kalsium əlavə etdikdən sonra sitrat plazmasında fibrinogenin fibrinə çevrilmə müddətidir.
TM-in təyin olunması qanın laxtalanma aktivliyini qiymətləndirmək üçün istifadə olunur. TM-in uzanması qanda fibrinogenin nəzərəçarpacaq dərəcədə azalması (0,5 q/l)zamanı müşahidə olunur.
Qanın laxtalanma faktorlarının, xüsusi ilə heparinin miqdarının azalması laxtalanma müddətinin qısalmasına səbəb olur.
- Qan səhər acqarına, axşam yeməyindən 8-14 saat sonra (su içmək olar) və ya günorta yüngül yemək qəbulundan 4 saat sonra götürülür.
- Qanın götürülməsi ərəfəsində psixoemosiaonallığın və fiziki yükün azaldılmasını, spirtli içki qəbulunun istisnasını təmin etmək lazımdır.
- Fibriogenin defisiti və ya defektinin müəyyən edilməsi
- Pasiyentdə yayılmış damardaxili laxtalanma zamanı vəziyyətinin qiymətləndirilməsi
- Qaraciyər xəstəlikləri
- Heparin, fibrinolitik və ya trombolitik preparatlarla terapiya zamanı monitorinq
- Qanda fibrin/fibrinogenin deqradasiya məhsullarının aşkar edilməsi
- Qanda anadangəlmə və sonradanqazanılma fibrinogenin və disfibrinogenin defisitinin aşkarlanması
Trombin müddətinin uzanması:
- Hipofibrinog enemiya (fibrinogenin konsentrasiyasının azalması - 0,5 q/l-dən) anadangəlmə və sonradan qazanılmış. Fibrinogen miqdarının nəzərəçarpacaq dərəcədə artması (4 q/l-dən çox)
- Disfibrinogenemiya anadangəlmə və sonradan qazanılmış (qaraiyər patologiyası)
- Fibrinogen/fibrin deqradasiya məhsullarının yüksək miqdarı
- Qanda antilaxtalanma faktorlarının (heparin, hirudin, sintetik atitrombin) olması
- Hiperbilirubinemiya
- Paraproteinemiya
- Uremiya
- Multiformal mieloma
Trombin müddətinin qısalması:
- Trombəmələgəlmə riskinin artması
- Qanda fibrinogenin nəzərəçarpacaq dərəcədə artması