Müayinələr
Müayinələr
Qanın kliniki analizi (QKA) - qanın keyfiyyət və kəmiyyət xüsusiyyətlərini göstərən geniş müayinədir. Bir çox xəstəliklərin diaqnostikasında və müalicəyə nəzarət kimi istifadə olunur. Qanın kliniki analizi, leykositar formula ve EÇS-lə birlikdə tibbi praktikada ən çox istifadə olunan analizlərdən biridir.
Qanın kliniki analizinin göstəricilərin öyrənilməsi anemiya, polisetemiya, trombositopeniya, trombositoz və leykopeniya, leykositoz kimi vəziyyətləri qiymətləndirməyə imkan verir ki,bu vəziyyətlər həm hər hansı xəstəliyin simptomu,həm də müstəqil patologiya zamanı ola bilir.
Analiz zamanı aşağıdakı göstəricilər müəyyən olunur:
Analizin şərhi zamanı aşağıda sadalanan xüsusiyyətlərə fikir vermək lazımdır:
5% sağlam insanlarda analiz göstəriciləri referens normalarından kənara çıxır. Digər tərəfdən pasientdə qan analizin mühüm dəyişikliklər ola bilər,ancaq bu dəyişiklikləri qəbul olunan normalardan kənara çıxmır. Bu səbəbdən testin nəticələri hər pasient üçün fərdi olaraq izah olunmalıdır. Qan analizinin göstəriciləri cinsdən, yaşdan, irqdən və s. kimi göstəricilərdən asılıdır.
Saglamaile.az-a müraciət edərək laboratoriyamızda analiz verib düzgün nəticələr əldə edə bilərsiniz.
Hemoqlobin konsentrasiyasının dəyişilməsi ilə müşayiət olunan xəstəliklər və vəziyyətlər aşağıdakılardır:
Hemoqlobin konsentrasiyasının artması
| Hemoqlobin konsentrasiyasının azalması |
Birincili və ikincili eritrositozlar (tənəffüs və ürək-damar sisteminin xəstəliklərində, böyrəklərin polikistozu zamanı)
Eritremiya Dehidratasiya(diareya,qusma,həddindən tərlənmə, diabet, yanıqlarda, peritonitlərdə
Haddindənən artıq fiziki gərginlik və həyəcan
Uzun müddət hündür yüksəkliklərdə olması
Siqaret çəkmə(funksional cəhətdən qeyri aktiv HbCO əmələ gəlməsi)
| Bütün növ anemiyalar ilə bağlı: Qan itkiləri
Qan əmələgəlmə funksiyasının pozulması
Qanın parçalanmasının artması
Hiperhidrotasiya
|
Hematokrit səviyyəsi yuxarıdır | Hematokrit səviyyəsi aşağıdır |
Eritrositozlar: -Birincili(eritremiya) -Müxtəlif genezi olan hipoksiyalar -Eritropoetinin həddindən artıq ifrazatı ilə müşayiət olunan böyrək törəmələri. -Böyrəklərin polikistozu və hidronefrozu zamanı -Dövrə edən plazma həcminin azalması (yanıqlarda,peritonitlərdə və s.) -Dehidratasiyalarda
| Anemiyalar: Dövrədə olan qanın həcmi artması -Hamiləlik zamanı(ikinci üçayliq) -Hiperproteinemiyalar -Hiperhidratasiya -Hematokritin dəyişilməsi ilə müşayiət olunan xəstəliklər və vəziyyətlər
|
Aşağıdakı vəziyyətlərdə eritrositlərin miqdarı yüksək olur:
Əsas patogenetik qruppalar | Kliniki formaları |
Mütləq eritrositozlar: birincili
ikincili(simptomatik) -hipoksiya ilə əlaqəli
-eritropoetinin həddindən artıq ifrazatı ilə əlaqəli
----Orqanizmdə həddindən artıq adrenokortikosteroidlərin və androgenlərin əmələ gəlməsindən
Nisbi eritrositozlar
Qanın qatılaşmasından və plasentar transfuziya nəticəsi olaraq qarışıq eritrositoz
| Eritremiya Ağ ciyər xəstəlikləri,ürək qüsurları,anomal hemoqlobinlərin əmələ gəlməsi,yüksək fiziki gərginlik, uzun müddət hündür yüksəkliklərdə olması,piylənmə
Böyrəklərin parenximasının kanseri,böyrəklərin hidronefrozu və polikistozu,qara ciyər parenximasının kanseri,xoş xassələ ailəvi eritrositoz
Kuşinq sindromu,feoxromasitoma, Hiperaldosteronizm
Dehidrotasiyalarda,emosional gərginlik,alkoqolun qəbulu,hipertenziya
Yenidoğulmuşların fizioloji eritrositozlar. |
Eritrositlərin miqdarının aşağı olması – müxtəlif növ anemiyalar zamanı, hiperhidrotasiya zamanı müşahidə olunur.
İlk növbədə MCV anemiyaların tipinin müəyyən edilməsində istifadə olunur:
MCV yuxarı olması: | MCV aşağı olması |
-B12 vitamin defisitli və fol turşusu defisitli anemiyalarda -Aplastik anemiyalarda -Qara ciyər xəstəlikləri -Hipotireoz -Autoimmun anemiyalar -Siqaret çəkmə və alkoqolun qəbulu.
| -Dəmir defisitli anemiya -Xroniki xəstəliklər zamanə anemiyalar -Talassemiya -Hemoqlobinopatiyalar zamanı bəzi anemiyalar
|
MCH yuxarı olması (hiperxromiya) – meqaloblast (B12 və fol turşusu) anemiyalarda, xroniki hemolitik anemiyalarda, kəskin qan itkilərdən sonra hipoplastik anemiyada, hipotireozda, qara ciyər xəstəliklərində, bəd xassəli törəmələrdə metastazların olması zamanı, sitostatiklərin və kontraseptivlərin qəbulundan sonra, qıcolma əleyhinə preparatlardan sonar və s. hallar zamanı müşahidə olunur.
MCH aşağı olması (hipoxromiya) - mikrositar anemiyalar, o cümlədən dəmir defisitli, xroniki xəstəliklər zamanı anemiya, talassemiya bəzi hemoqlopinpatiyalarda, qurğuşunla
MCHC dəyişilməsi müşayiət olunan xəstəliklər və vəziyyətlər:
Yüksəlməsi | MCHC aşağı olması <31g/dl |
Hiperxrom anemiyalar -Sferositoz,ovalositoz
-Su-duz mübadiləsinin hiperosmolyar pozulmaları. | Hipoxrom anemiyalar -Dəmir defisitli -Sideroblast -Talassemiyala Su-duz mübadiləsinin hipoosmolyar pozulmaları |
Göstəricilər | MCV normadan aşağı (mikrositar) | MCV normada (normositar) | MCV normadan yuxarı (makrositar) |
RDW normada (homogen)
RDW normadan yuxarı (heterogen) | b-Talassemiya
Xroniki xəstəliklər
Dəmir defisiti | -Xroniki xəstəliklər -Kəskin qan itkisi -Hemolitik anemiya(krizdən kənar -Dəmir və vitamin çatışmamazlığı -Hemoqlobinpatiyalar -Miyelodisplastik sindromu -Miyelofibroz | Qara ciyər xəstəlikləri -Aplastik anemiyalar -B 12- və fol turşusu çatışmamazlığı -Hemolitik kriz -Eritrositlərin agglutinasiyası -Leykositoz>50.0*10^9/l |
Retilulositlərin artması | Retikulositlərin azalması |
Qan axma və ya eritrositlərin parçalanması (3-6 dəfə yüksəlir) Hemolitik anemiyalar (300%-a qədər) B12 vitaminin çatışmamazlığının müalicəsi (müalicənin 5-8-ci günə olan retilositar kriz (200%-ə qədər yüksələ bilər. Dəmir tərkibli preparatları ilə dəmirdefisitli anemiyanın effektiv müalicəsi(8-12-ci gün) Talassemiya Malyariya Digər hematoloji xəstəliklər(polisetemiya,sümük iliyinə olan kanser metastazları) Kəskin oksigen çatışmamazlığı.
| Aplastik anemiya Hipoplastik anemiya Müalicə olunmamış B12 defisitli anemiya. Qan yaranma orqanların autoimmun xəstəlikləri. Alkoqolizm Kanserin sümüyə olan metastazları Miksedema Böyrək xəstəlikləri
|
Trombositlərin konsentrasiyası yuxarı olması:
| Trombositlərin konsentrasiyası aşağı olması:
|
-fiziki gərginlik -kəskin və xroniki iltihab xəstəlikləri -hemolitik anemiyalar -kəskin və xroniki qan itkisi nəticəsi kimi olan anemiyalar -cərrahi əməliyyatlardan sonrası vəziyyətlər -splenektomiyadan sonrakı vəziyyət -onkoloji xəstəliklər,o cümlədən hemoblastozlar
| -hamiləlik -B12 vitamin və fol turşusu çatışmamazlığı -aplastik anemiyalar -virus və bakterial infeksiyalar -trombositlərin əmələ gəlmə funksiyasını əks təsir göstərən dərman preparatları -irsi trombositopeniyalar -splenomeqaliya -autoimmun xəstəliklər -keçirdiyi iri hemotransfuziyalardan sonrakı vəziyyət.
|
MPV göstəricinin dəyişilməsi ilə müşayiət edilən xəstəliklər
MPV artıb | MPV azalıb |
İdiopatik trombositopenik purpur Bernar-Sulye makrositar trombositodistrofiya Mey-Haqlin anomaliyası Posthemorragik anemiyalar | Viskott-Oldriç sindromu |
Leykositlərin miqdarı dəyişilməsi ila olan xəstəliklər və vəziyyətlər.
Leykositoz (leykositlərin artması) | Leykopeniya (leykositlərin artması) |
Yoluxucu xəstəliklər (bakteriya, göbələk, virus və s.)
İltihab vəziyyətlər
Bədxassəli törəmələr
Travmalar
Leykozlar
Uremiya
Adrenalin və steroid hormonların təsiri | *Sümük iliyinin aplaziya və hipoplaziyası *Sümük iliyinin kimyəvi prepararlarnan və dərmanlarnan zədələnməsi *Hipersplenizm(birincili və ikincili) *Kəskin leykozlar *Miyelofibroz *Miyelodisplastik sindromlar *Plazmositoma *Yenitörəmələrin sümük iliyinə olan metastazları *Addison-Birmer xəstəliyi *Sepsis *Tif və paratif *Anafilaktik şok *Kollagenozlar *Dərman preparatların istifadəsi nəticəsində (sulfanilamid antibiotiklər, qeyri steroid iltihab əleyhinə preparatlar, tireostatiklər, epilepsiya əleyhinə preparatlar, qıcolma əleyhinə preparatlar) |
Neytrofillərin dəyişilməsi ilə olan xəstəliklər və vəziyyətlər
Neytrofilyoz | Neytropeniya |
Kəskin bakterial infeksiyalar: -lokal(absess,osteomiyelit,kəskin appendisit,kəskin otit,pnevmoniya,kəskin piyelonefrit, salpingit,meningit(irinli və vərəmli),tonzillit,kəskin xolesistit,tromboflebit və s.) -yayılmış(sepsis,peritonit,plevral empiyema,skarlatina,vəba və s.) Toxumaların iltihabı və nekrozu -miokardın infarktı,iri yanıqlar,qanqrena,tez böyüyən bədxassəli yenitörəmə(dağılmasında), düyünlü periarteriit,kəskin revmatizm. Ekzogen intoksikasiyalar -qurguşun,ilən zəhəri,vaksinalar(özgə zülal),bakterial Endogen intoksikasiyalar -uremiya,diabetik asidoz,podaqra,eklampsiya,Kuşinq sindromu Dərman təsiri -kortikosteroidlər,heparin,asetilxolin) Miyeloproliferativ xəstəliklər(xroniki miyeloleykoz,eritremiya) Kəskin hemorragiyalar Keçirilən operativ müdaxilələrdən sonra Digər(stress,fiziki gərginlik) | Bakterial infeksiyalar (tif,paratif,tulyaremiya,bruselyoz,kəskin bakterial endokardit,miliar vərəm) Virus infeksiyaları(infeksion hepatit,qripp,qızılca,məxmərək) Miyelotoksik təsiri və granulositlərin supresiyası: -ionlaşmış şualanma -kimyəvi aqentlər(benzol,anilin və s.) -sitostatiklər və immundepressantlar -B12 vitamin və fol turşusunun çatışmamazlığı -kəskin leykoz,aplastik anemiya İmmun aqranulositoz: -hapten(dərman preparatlarına hiperhəssaslıq) -autoimmun(qurd eşənəyi,revmatoid artrit,xroniki limfoleykoz) -izoimmun(yenidoğulmuşlarda,posttransfuzion) Toxumalarda yenidən bölmə və sekvestrasiyası: -anafilaktik şok -müxtəliv mənşəli splenomeqaliya İrsi formalar(siklik neytropeniya,ailəvə hoş xassəli xroniki neytropeniya,Kostmann neytropeniyası. Yaşlı və zəif insanlarda uzun müddətli infeksiyalardan sonra. Dərman prepatları: -Antibiotiklər,virus əleyhinə preparatlar,psixotrop, antihistamin,qıcolma əleyhinə preparatlar,qeyri steroid iltihab əleyhinə preparatlar. -Anemiyalar -Tireotoksikoz |
Eozinofiliya- qanda eozinofillərin artmasıdır. Ən çox eozinofiliya ilə parazitar xəstəliklər və atopik allergiyalar müşahidə olunur. Qurd invaziyası uzunmüddətli eozinofiliyanın səbəbi ola bilər.
Əsas səbəblər | Kliniki formalar |
Allergik xəstəliklər
Parazit invaziyası
Yörəmələr
İmmunçatışmazlıqlar Birləşdiricitoxumaların xəstəlikləri
Bəzi yoluxucu xəstəliklərin kəskin fazalarında
Ağ ciyər xəstəlikləri | Bronxial astma, dəhliz qızdırma, allergik dermatit, dərman allergiyası Askaridoz,toksokaroz,trixinellyoz,exinokokkoz, şistosomoz,filyarioz,strongiloidoz,opistorxoz,ankilostomidoz,lyamblioz Hemoblastozlar(kəskin leykozlar,xroniki miyeloleykozlar,eritremiyalar, limfomalar,limfogranulematoz),digər şişlər (xüsusilə metastaz və nekroz ilə) Viskott-Oldriç sindromu Düyünlü periarteriit,revmatoid artrit
Su çiçəyi,vərəm,mononukleoz,qonoreya
Sarkoidoz,ağ ciyərin eozinofil pnevmaniyası, Lanqerhans hüceyrələrdən olan histiositoz,eozinofil plevrit,eozinofilli infiltrat(Lefler xəstəliyi)
|
Eozinopeniya - qanda eozinofillərin miqdarı azalması. Əməliyyat sonrası eozinofillərin miqdarı azalması xəstənin ağır vəziyyətdə olmasından xəbər verir. Eozinopeniya ağır irinli infeksiyalar, şok vəziyyətləri və ağır metallarna olan zəhərlənmələr üçün xasdır.
Bazofiliya - qanda bazofillərin artması. Bazofiliya aşağıdakı xəstəliklərdə və vəziyyətlərdə ola bilər:
Qidaya, dərmanlara, orqanizmə yad olan zülalların daxil olmasına qarşı allergik reaksiyalarda, xroniki miyeloleykoz, miyelofibroz, eritremiya, limfoqranulematoz, xroniki xoralı kolit, qalxanvari vəzinin hipofunksiyası, estrogen ilə müalicə və s. Həmçinin bazofiliya miksedema, ovulyasiya, hamiləlik vaxtında da dəmir çatışmamazlığı ilə, mənşəyi tapılmayan anemiyalarda, həqiqi polisetemiyalarda, bəzi hemolitik anemiyalarda, splenektomiyadan sonra qeyd oluna bilər.
Limfositlərin dəyişilməsi ilə gedən xəstəliklər və vəziyyətlər
Limfositoz – limfositlərin miqdarının artmasıdır.
Limfopeniya – limfositlərin miqdarının azalmasıdır.
Mütləq limfositoz | Mütləq limfopeniya |
Virus infeksiyası Kəskin yoluxucu limfositoz Göy öskürək İnfeksion mononukleoz Kəskin viruslu hepatitlərdə Sitomeqalovirus infeksiyası Limfatik sistemin xəstəlikləri: Xroniki limfoleykoz Valdenstrem makroqlobulinemiyası Ağır zəncirlərin xəstəliyi Bəzi dərman preparatların təsiri:levodopa,fenitoin,valproik turşusu,narkotik analqetiklər. Tetraxloretan,qurğuşun,arsen,karbon disulfid ilə ağır zəhərlənmələr. | Pansitopeniya Kortikosteroidlərin,sitostatiklərin qəbulu Ağır virus xəstəlikləri Bədxassəli yenitörəmələr İkincili immun çatışmamazlıqları Böyrək çatışmamazlıqı Qan dövranın çatışmamazlıqı Aplastik anemiyalar Limfanı bağırsaqdan itirilməsi Sistemli qurd eşənəyi Rentgen şualanma Onkoloji xəstəliklərin terminal fazası Miliar vərəmi Limfoqranulematoz |
Monositoz mümkün olan xəstəliklər və vəziyyətlər:
Əsas səbəblər | Kliniki formalar |
İnfeksiyalar
Qranulematozlar Qan xəstəlikləri
Kollaqenozlar | Septik endokardit, kəskin infeksiyalardan sonra sağalması, viruslu (infeksion mononukleoz), göbələkli, rikketsioz və protozoy infeksiyalar (malyariya, leyşmanioz, kala-azar) Vərəm, sifilis, bruselyoz, sarkoidoz, xoralı kolit, enterit Kəskin monoblast və miyelomonoblat leykoz, xroniki monositar, miyelomonositar və miyeloleykoz, limfoqranulematoz
Sistemli qurd eşənəyi,revmatoid artrit,düyünlü periarteriit. |
EÇS artıb | EÇS ləngiyir |
Hamiləlik,doğuşdan sonrakı dövr,menstruasiyalar Müxtəlif etiologiyası olan iltihabi xəstəliklər Paraproteinemiyalar(çoxsaylı miyelomalar,Valdenstrem xəstəliyi) Yenitörəmələr xəstəlikləri(karsinoma,sarkoma,kəskin leykoz,limfoqranulematoz,limfoma) Birləşdirici toxumaların xəstəlikləri Qlomerulonefrit,böyrəklərin amiloidozu,uremiya Ağır infeksiyalar Miokardın infarktı Hipoproteinemiyalar Anemiyalar Hipo- və hipertireoz Daxili qanaxmalar Hiperfibrinogenemiya Hiperxolesterinemiya Hemorragik vaskulit Revmatoid artrit Dərmanların təsiri:morfin,dekstran,metildofa,A vitamini. | Eritremiya və reaktiv eritrositozlar Qan dövranın aşkar çatışmamazlığı Epilepsiya Oraqvai anemiya Hemoqlobinpatiya C Hiperproteinemiya Hipofibrinogenemiya Viruslu və mexaniki hepatitlər(qanda öd turşuların toplanması nəticəsində) Nevrozlar Kalsiy xloridin,salisilatların və civə preparatların qəbulu.
|
Qanın ümumi analizi insan orqanizmindəki bir çox xəstəliklərin ilkin əlamətlərini üzə çıxarmağa kömək edən ən geniş yayılmış laborator müayinə üsullarından biridir. Bu analiz vasitəsilə qandakı eritrositlərin, leykositlərin, trombositlərin sayına, hemoglobin səviyyəsinə və digər mühüm göstəricilərə baxılır. Ümumi qan analizi adətən xəstəliyin əlamətləri müşahidə olunduqda, profilaktik məqsədlə və ya cərrahi əməliyyatlardan əvvəl təyin edilir. Bu sadə, lakin əhatəli test, infeksiyaların, iltihabi proseslərin, qan azlığının və bəzi xroniki xəstəliklərin aşkarlanmasında ilkin addım hesab olunur. Qanın ümumi analizi nəticələri düzgün qiymətləndirildikdə, vaxtında müalicə tədbirlərinin görülməsi və xəstəliyin ağırlaşmasının qarşısının alınması mümkündür.
Qan analizi normaları, analiz zamanı əldə olunan rəqəmlərin hansı aralıqda sağlam sayıldığını göstərən tibbi göstəricilərdir. Hər bir göstəricinin normal həddi yaşa, cinsə və bəzən orqanizmin fərdi xüsusiyyətlərinə görə dəyişir. Məsələn, hemoglobin səviyyəsi qadınlarda və kişilərdə fərqli ola bilir, uşaqlarda isə bu rəqəmlər daha fərqli aralıqlarda dəyişir. Qan analizi normaları müayinənin dəqiq şərh olunması üçün əsas rol oynayır. Nəticələr bu normalara uyğun deyilsə, həkimlər əlavə müayinələr təyin edərək problemi daha dərindən araşdıra bilirlər. Yəni bu normalar sadəcə rəqəm deyil, sağlamlıq göstəricisidir.
Qan analizi nəticələri, subklinik mərhələdə olan patoloji proseslərin aşkarlanmasında mühüm rol oynayan yüksək diaqnostik həssaslığa malik laborator göstəricilər toplusudur. Məsələn, yüngül bir halsızlıq və yorğunluq şikayəti ilə verilmiş analizlərdə bəzən ciddi anemiya və ya gizli iltihab prosesləri üzə çıxa bilir. Qan analizi nəticələri hər bir göstəricinin tibbi mənasını anlamaqla daha dolğun dəyərləndirilir. Bu nəticələrə baxaraq həkim pasiyentin ümumi sağlamlıq vəziyyətini analiz edir və lazım gələrsə, əlavə analiz və ya müalicə təyin edir. Eyni zamanda, xəstənin əvvəlki analizləri ilə müqayisə aparmaq da diaqnozun dəqiqliyini artırır.
Qan analizi qiymətləri analizlərin növünə, laboratoriyanın texniki avadanlıqlarına və göstərilən xidmətin səviyyəsinə görə dəyişir. Sadə və rutin qan testlərinin qiyməti daha münasib olduğu halda, spesifik və detallı analizlər üçün ödəniş nisbətən yüksək ola bilir. Hazırda Sağlam Ailə müxtəlif müayinələri əhatə edən analiz paketləri təklif edir. Beləliklə qan analizi qiymətləri daha sərfəli olur. Qiymətlərə təsir edən digər faktor isə analiz nəticələrinin əldə olunma sürətidir. Qısa zamanda nəticə tələb edən hallarda əlavə ödəniş verilməsi lazım gələ bilər.
Ailə həyatı qurmaq istəyən cütlüklər üçün nigah üçün qan analizi qiyməti də olduqca aktual bir mövzudur. Bu analizlər sağlam gələcək nəsil üçün vacibdir və qanla keçə biləcək xəstəliklərin (hepatit B və C, QİÇS, talassemiya və s.) vaxtında müəyyən edilməsini təmin edir. Sağlam Ailə bu müayinələri sərfəli paket şəklində təqdim edir. Bu analizlərin verilməsi həm qanunvericiliyin tələbi, həm də cütlüklərin sağlam gələcək üçün atdığı önəmli addımdır. Bizə müraciət edərək nigah üçün qan analizi qiyməti ilə tanış ola bilərsiniz.
Müayinələr