Trombositlər ümumi qan analizində yoxlanılan göstəricilərdən biridir. Bəzi hallarda, həkimin istəyindən asılı olaraq və ya trombosit sayının 130x10 3 cells/ μl -dən az və ya 550x10 3 cells / μl dən çox olduğu zaman qan yaxmasında mikroskop vasitəsi ilə trombositlər Fonio üsulu ilə sayılır. Bəzi klinik vəziyətlərdrə də ( şiddətli trombositopeniya və ya trombositoz zamanı) aparıla bilər. Burada trombositlərin konsentrasiyasından asılı olmayaraq analizin aparılması mümkündür. Analiz trpmbositopeniya,trombositoz, polisitemiya kimi hallarda diaqnozun qoyulması üçün istifadə olunur.
- Analizdən əvvəl 24 saat ərzində spirtli içki qəbule etməyin.
- 1 yaşdan kiçik uşaqlar analizdən əvvəl 30-40 dəqiqə yemək yemirlər.
- Analizdən əvvəl 4 saat qida qəbul etməyin, təmiz qazsız su içə bilərsiniz.
- Analizdən əvvəl 30 dəqiqə ərzində fiziki və emosional stresdən uzaq olun.
- Müayinədən əvvəl 30 dəqiqə ərzində siqaret çəkməyin.
- Polisitemiya, trombositopeniya, trombositoz diaqnostikası;
- Müalicənin izlənilməsi
Normadan yüksək dəyərlər
- Funksional (reaktiv) trombositoz
- Fiziki stress
- İltihabi proseslər (sistemik iltihabi xəstəliklər, osteomiyelit, vərəm).
- Qan itkisinə görə anemiya, bəzi hemolitik anemiya növləri.
- Əməliyyatdan sonra vəziyyət.
- Onkoloji xəstəliklər (hemoblastoz deyil)
- Splenektomiya.
- Kəskin qan itkisi və ya hemoliz.
- Şiş trombositozu
- Eritremiya, idiopatik hemorragik trombositemiya da daxil olmaqla miyeloproliferativ xəstəliklər.
Nəticələrin aşağı olması
- Anadangəlmə trombositopeniya
- Wiskott-Aldrich Sindromu.
- Chédiak-Higashi sindromu.
- Fankoni sindromu.
- May-Hegglin anomaliyası.
- Bernard-Soulier sindromu (nəhəng trombosit sindromu).
- Qazanılmış trombositopeniya
- İdiopatik autoimmün trombositopenik purpura.
- Dərman trombositopeniyası.
- Sistemik lupus eritematoz.
- İnfeksiya ilə əlaqəli trombositopeniya (viral və bakterial infeksiyalar, rikketsioz, malyariya, toksoplazmoz).
- Splinomeqaliya.
- Aplastik anemiya və miyeloftiz (sümük iliyinin şiş hüceyrələri və ya lifli toxuma ilə əvəz edilməsi).
- Sümük iliyinə şiş metastazları.
- Meqaloblastik anemiyalar.
- Paroksizmal gecə hemoglobinuriyası
- Fisher-Evans sindromu (autoimmün hemolitik anemiya və trombositopeniya).
- DIC sindromu (yayılmış damardaxili laxtalanma sindromu).
- Kütləvi qan köçürmələri, ekstrakorporeal qan dövranı.
- Yenidoğulmuş dövrdə (prematüre, yenidoğullmuşun hemolitik xəstəliyi, neonatal autoimmün trombositopenik purpura).
- Kongestif ürək çatışmazlığı.
- Böyrək damar trombozu.