Müayinələr
Müayinələr
Beta-XQ spesifik hamiləlik hormonudur. Embrionun implantasiyasından sonra trofoblast hüceyrələri tərəfindən sintez olunur. Mayalanmadan artıq 6-8 gün sonra qanda beta-XQ səviyyəsi yüksəlir və hamiləlik diaqnoz oluna bilir. Sidikdə beta-XQ miqdarı diaqnostika dərəcəsinə qan plazmasından 1-2 gün sonra çatır.
Hamiləliyin birinci trimesterində beta-XQ sarı cisim tərəfindən progesteron və estrogen sintezini təmin edir. Döl-cift kompleksi formalaşana qədər bu proses davam edir. Döl oğlan olduqda XQ həmçinin testosteron sintez edən Leydiq hüceyrələrini stimulə edir. XQ pik səviyyəsi hamiləliyin 10-11ci həftəsində müşahidə edilir, daha sonra azalmağa başlayır. Çoxdöllü hamiləlik zamanı XQ səviyyəsi döl sayına uyğun yüksəlir.
XQ səviyyəsinin azalması ektopik hamiləlik və ya abort riskindən xəbər verə bilər. Ona görə də dölün inkişaf qüsurlarının təyinində XQ digər analizlərlə birgə istifadə olunur.
Qadınlarda
Kişilərdə
Beta-XQ səviyyəsinin yüksəlməsi
Kişilər və HAMİLƏ OLMAYAN qadınlar
Hamilə qadınlar
Beta-XQ səviyyəsinin azalması
Hamilə qadınlar -hamiləliyin müddətinə uyğun gəlməməsi, miqdarın çox gec artması və ya ümumiyyətlə artmaması, normanın 50%-dən çox azalması
Yalançı mənfi nəticə (hamiləlik zamanı XQ-nin artmaması)
Müayinələr