Müayinələr
Müayinələr
Antinuklear antitellər autoimmun xəstəliklərin diaqnostikasında ən çox istifadə olunan analizlərdəndir. 100-dən çox növü vardır. Birləşdirici toxumanın diffuz xəstəliyi (qırmızı qurdeşənəyi, sistem skleroz, Şeqren sindromu, birləşdirici toxumanın qarışıq xəstəlikləri) olan pasiyentlərin 90%-də ANA aşkarlanır. Antinuklear antitellərin induksiya mexanizmi keratositlərin, limfositlərin apoptozu və orqanizmin nüvə antigenlərinə sensibilizasiyası ilə əlaqəlidir.
Yaranan antigen-antitel immun kompleksləri müxtəlif toxuma və orqanların (dəri, böyrəklər, sinovial, seroz qişalar, beyin və s.) bazal membranlarına, qan damarlarına çökərək zədə və iltihaba səbəb olurlar. Bəzi hallarda autoimmun proseslərdən əlavə yoluxucu və onkoloji xəstəliklər zamanı da ANA titrinin yüksəlməsi müşahidə olunur. Lakin bu zaman antitel titri davamsız olur, tez enir.
ANA-nın sırf autoimmun proseslə əlaqəli yüksəldiyindən əmin olmaq üçün analizin müəyyən müddət sonra 2-ci dəfə verilməsi nə ehtiyac duyula bilər. Nəzərə almaq lazımdır ki, müxtəlif laboratoriyalarda çalışılmış analiz nəticələri istifadə olunan metod və antigenlərdən asılı olaraq fərqlənə bilər.
ANA səviyyəsinin yüksəlməsi
Müayinələr