Müayinələr
Müayinələr
Mikroalbumin analizi böyrək patologiyalarını erkən mərhələdə aşkarlamaq üçün istifadə olunan bir testdir. Həmçinin ürəyin, baş beyinin, gözün torlu qişasının damar divarının zədələnməsindən də xəbər verir.
Mikroalbumineriya – sidik vasitəsilə çox az miqdarda zülalın ( albuminin) ifraz olunmasıdır ki, adi standart metodlarla təyin etmək mümkün deyil. Normada sağlam insanın sidiyində zülal təyin olunmur. Əgər sidikdə aşkarlanırsa böyrəklərin kapilyarlar damarlarının zədələnməsini göstərir . Mikroalbumin testi vasitəsilə sidikdə cüzi miqdarda belə olan albumin təyin olunur.
Daha çox I və II tip diabet, hipertenziya, travmalar, qlomerulonefrit kimi xəstəliklərdə böyrəklərin vəziyyətini dəyərləndirmək üçün ehtiyac duyulur. Patologiyanın erkən aşkarlanması müalicənin vaxtında başlanmasına və uğurla başa çatmasına təkan verir.
Mikroalbumin səviyyəsinin yüksəlməsi
Müayinələr