Müayinələr
Müayinələr
Mycoplasma genitalium patogen mikroorqanizm olub, sidik-cinsiyyət yolu orqanlarının xəstəliklərini törədir. Mikoplazma cinsi yolla ötürülür, qonokok mənşəli olmayan uretrit və prostatitin, kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinə, hamiləlik və döl patologiyalarına, qadınlarda və kişilərdə sonsuzluğun yaranmasına səbəb ola bilir.
Müayinənin nəticəsi “müəyyən edildi” və ya “müəyyən edilmədi” kimi göstərilir.
“müəyyən edildi” araşdırılan bioloji materialda Mycoplasma genitalium -ə spesifik DNT fraqmenti müəyyən edilir; Mycoplasma genitalium infeksiyası aşkarlanır.
“müəyyən edilmədi”: araşdırılan bioloji materialda Mycoplasma genitalium -ə spesifik DNT fraqmenti aşkarlanmır və ya nümunədəki törədicinin konsentrasiyasının testin həssaslıq həddindən daha aşağı olduğu aşkarlanır.
Müayinələr