Müayinələr
Müayinələr
Xlamidiya (Chlamydia trachomatis) obliqat hüceyrədaxili parazitlərdir. Əsas etibari ilə cinsi yolla ötürülür, xlamidiozun yaranmasına səbəb olur, əsas etibari ilə cinsi orqanların selikli qişasının zədələnməsi və konyuktivitlə müşayət olunur. Kifayət qədər geniş yayılmış infeksiyadır, simptomsuz keçə bilir, müxtəlif kəskinləşmələrlə müşahidə olunur, hansı ki, bəzən qadınlarda sonsuzluğa və hamiləliyin pozulmasına səbəb olur.
Analitik göstərici: kliniki nümunələrdə C. Trachomatis DNT-nin aşkar edilməsi üçün polimeraz zəncir reaksiyasından (PZR) istifadə edilir.
Müayinənin nəticəsi “müəyyən edildi” və ya “müəyyən edilmədi” kimi göstərilir.
“müəyyən edildi”: araşdırılan bioloji materialda Chlamydia trachomatis-ə spesifik DNT fraqmenti; Chlamydia trachomatis infeksiyası aşkarlanır.
“müəyyən edilmədi”: araşdırılan bioloji materialda Chlamydia trachomatis-ə spesifik DNT fraqmenti aşkarlanmır və ya nümunədəki törədicinin konsentrasiyasının testin həssaslıq həddindən daha aşağı olduğu aşkarlanır.
Müayinələr