Saç rəngi piqmentlərin sayından asılı olaraq açıq, şabalıdı, kürən və qara rəngdə olur. Bu piqmentlər eumelanin və feomelanindir. Eumelanin qara-qəhvəyi rəng, feomelanin isə sarı-qırmızı tonları təmin edir. Bu 2 piqmentin vəhdəti bütün gördüyümüz bütün saç rənglərini verir. Zamanla saçlarda piqmentlərin sayı azalır, qabarcıqları sayı isə artır. Ağarmış saçlarda piqment olmur, onlar yalnız hava qabarcıqlarından ibarət olurlar.
Bəzən saçların tez ağarması genetik olaraq keçici, bəzən isə irsi olmayan faktor və bir çox xəstəliklərilə əlaqəli ola bilər:
- B12 vitamini çatışmazlığı
- Qan azlığı
- Stess və əsəb sarsıntısı
- Qalxanvarı vəzin disfunksiyası
- Piqmentasiyanın pozulması
Qorxu və stress zeritamanı qanın tərkibindən adrenalin hormonu atılır, nəticədə isə əlavə damarların yığılması effekti yaranır. Saç məməciyinin arteriyasının spazmı və soğanaqların hüceyrələrinin qidalanması pozulur. Nəticədə boyama piqmentinin yaranması dayanır və saçlar ağarır.
Saç ağarması dayandırıla bilərmi?
Saç ağarması təbii bir proses olsa da, bəzi hallarda erkən yaşda baş verə bilər. Bu isə bir çox insan üçün narahatlıq yaradır. Erkən saç ağarmasının səbəbləri arasında genetik meyillilik ən önəmli faktordur, lakin hormonal balanssızlıqlar, xüsusilə tiroid problemləri, dəmir və B12 vitamini çatışmazlığı, siqaret çəkmə və xroniki stres kimi amillər də rol oynayır. Araşdırmalar göstərir ki, sərbəst radikalların çoxluğu melanosit hüceyrələrini zədələyə bilər ki, bu da saçların melanin istehsalını azaldır və nəticədə saç ağarması baş verir. Gündəlik həyat tərzində bəzi dəyişikliklər edərək bu prosesi ləngitmək mümkündür. Antioksidantlarla zəngin meyvə və tərəvəzlər (nar, yerkökü, ispanaq) sərbəst radikallarla mübarizə aparmağa kömək edir. Eyni zamanda saç dərisinə masaj etmək, saçın qan dövranını yaxşılaşdıraraq melanin istehsalını dəstəkləyir. Erkən ağarma hallarında dermatoloqa müraciət etmək vacibdir, çünki bəzi hallarda problem müalicə edilə bilən tibbi vəziyyətlə bağlı ola bilər. Saç ağarmasını tamamilə dayandırmaq mümkün olmasa da, düzgün yanaşma ilə bu prosesi yavaşlatmaq və saç sağlamlığını qorumaq mümkündür. Sağlam Ailə-yə müraciət edə bilərsiniz.