Tibbi məlumatlar

Vitamin B12 nədir?

Vitamin B12 orqanizm tərəfindən sintez olunmayan, ancaq qida vasitəsi ilə orqanizmə daxil olan vitamindir. Sağlamlıq cəhətdən çox vacib olan bu vitamin suda həll olan vitaminlər qrupuna daxildir. B12 vitamini sinir sisteminin qruluşunu və funksiyalarını qorumaqla yanaşı immun sistemdə və qan istehsalında da xüsusi əhəmiyətlidir.

Yalnız  heyvani qidalarda olması səbəbindən, ət, yumurta, balıq və digər heyvani qidaları istifadə etməyən şəxslərdə B12 vitamini əskikliyinə rast gəlinə bilər. Bu zaman sinir sisteminin zəifləməsi, unutqanlıq, diqqətin yayınması, anemiya kimi bir çox narahatlıqlar meydana gələ bilər.

B12 vitamini tərkibi

B12, B qrupu vitaminlərdə yer alan və kobalamin olaraq da adlandırılan, suda həll olan bir vitamindir. Nazik və yoğun bağırsaqda olan bakteriyalar tərəfindən az miqdarda sintez olunsa da bunun orqanizmdə istifadəsi çox azdır. Orqanizmdə toplanması çox az olduğundan xaricdən mütləq qəbul olunmalıdır. Kobalamin adlandırılmasının səbəbi qruluşunda kobalt elementinin olmasıdır.

B12 tərkibli qidalar üçün linkə  keçid edin

Bütün bunlarla yanaşı hamiləlik zamanı vitaminin yetərli miqdarda qəbul olunması xüsusi əhəmiyətə sahibdir. Belə ki uşaqların sinir sistemində rast gəlinə biləcək patologiyaların qarşısının alınması məqsədi ilə yetərli miqdarda qəbul olunması vacibdir.

B12 vitamini çoxluğu və B12 vitamini yüksəkliyi səbəbləri

B12 yüksəkliyi davamlı olaraq dərman qəbul etməyən insanlarda nadir hallarda rast gəlinir. Şüursuz şəkildə qəbulu, qanda normadan çox olmasına gətirib çıxarır. Bunun xaricində böyrək və qaraciyər çatışmazlığı olanlarda, qan xərçəngi başda olmaqla bəzi xərçəng növlərində bu vitaminin yüksəkliyinə rast gəlinə bilir.

B12 əksikliyi haqqında

B12 əksikliyi, yüksəkliyinə nisbətən daha çox rast gəlinən bir vəziyətdir. B12 əksikliyi adətən iki əsas səbəbi vardır. Bunlardan biri qidalanma ilə yetərli miqdarda vitamin qəbul olunmamasıdır. Heyvani qidaların qəbul olunmaması və ya hamiləlik, südəmər dövründə vitamin ehtiyacının artması nəticəsində yetərli miqdarda qəbul olunmamasıda  bunun ən çox rast gəlinən səbəbidir.

İkinci səbəb isə həzm sisteminə təsir edən xəstəliklər nəticəsində qəbul edilən B12 nin bağırsaqlar tərəfindən sovrulmaması və istifadəsinin azalmasıdır. Qida ilə kifayət qədər vitamin qəbulu varsa, endoskopiya və ya kolonoskopiya kimi diaqnostik metodlarla səbəb araşdırılmalıdır.

B12 vitamini çatışmazlığı əlamətləri nələrdir?

B12 çatışmazlığı nəticəsində əsas olaraq anemiya yaranır. Anemiya əlamətləri:

  • Dəriniz solğun və ya sarı görünür;
  • Başgicəllənməsi;
  • İştahın olmaması;
  • Çəki itkisi;
  • Əllərdə və ayaqlarda uyuşma və ya qarışqa yeriməsi hissi;
  • Sürətli ürək döyüntüsü və sinədə ağrı;
  • Əzələlər zəifləməsi;
  • Tez-tez əhvalın dəyişməsi;
  • Unutqanlıq.

B12 nin faydaları nələrdir?

B12 qırmızı qan hüceyrələrinin istehsalında, sinir sistemində elektrik siqnallarının keçiriciliyinin sürətləndirilməsində, maqnezium, sinkkimi bir çox mineralın funksiyalarına kömək edən, Mielin və DNT istehsalında Fol turşusu ilə birlikdə rol oynayaraq, orqanizm üçün çox vacib funksiyaları yerinə yetirir.

İnsan orqanizmə her dəqiqə davamlı olaraq milyonlarla eritrosit hüceyrəsi istehsal edir. Bunun üçün B12 vitamini lazımdır. Əgər səviyyələri çox aşağıdırsa, eritrosit hüceyrələrinin istehsalı azalır. Eritrositlərin sayının azalması anemiyaya səbəb olur.

Vitamin B12 səviyyəsi niyə aşağı düşür və kimlər risk altındadır?

Vitamin B12 səviyyəsinin aşağı düşməsinin əsas səbəbləri arasında qeyri-kafi qidalanma, bağırsaqlarda sorulma problemləri və bəzi xroniki xəstəliklər yer alır. Xüsusilə heyvani məhsullardan az istifadə edən insanlarda risk daha yüksək olur.
Bundan əlavə, mədə və bağırsaq sistemində sorulmanı zəiflədən vəziyyətlər də B12 çatışmazlığına səbəb ola bilər. Uzun müddət dərman istifadəsi və yaş artımı da risk faktorlarına daxildir.

Vitamin B12 çatışmazlığı ən çox kimlərdə rast gəlinir?

Vitamin B12 çatışmazlığı daha çox aşağıdakı qruplarda müşahidə edilir:

  • Vegan və vegetarian qidalanan şəxslər
  • Mədə-bağırsaq xəstəliyi olanlar
  • 50 yaşdan yuxarı insanlar
  • Həzm sistemi əməliyyatı keçirmiş şəxslər

Bu qruplarda vitaminin sorulması və ya qida ilə qəbulu kifayət qədər olmadığı üçün risk daha yüksəkdir.

Vitamin B12 çatışmazlığı hansı ciddi problemlərə səbəb olur?

Vitamin B12 uzun müddət aşağı səviyyədə qalarsa, sinir sistemi və qan dövranında ciddi pozulmalar yarana bilər. Bu vəziyyət yalnız yorğunluqla məhdudlaşmır, daha dərin sağlamlıq problemlərinə səbəb ola bilər.
Əsas risklərə daxildir:

  • Anemiya (qan azlığı)
  • Sinir zədələnmələri
  • Yaddaş və diqqət problemləri
  • Əzələ zəifliyi və keyimə hissi

 

B12 çatışmazlığı zamanı ortaya çıxan ən təhlükəli əlamətlər hansılardır?

Vitamin B12 çatışmazlığının irəliləmiş mərhələlərində daha ciddi nevroloji əlamətlər ortaya çıxa bilər. Bu əlamətlər bəzən geri dönməz dəyişikliklərə də səbəb ola bilər.
Ən təhlükəli əlamətlər arasında:

  • Uzunmüddətli keyimə və hissiyat itkisi
  • Yerişdə tarazlıq pozğunluğu
  • Güclü yaddaş zəifləməsi
  • Depressiv əhval dəyişiklikləri

B12 vitamini analizi nə vaxt verilməlidir?

Vitamin B12 səviyyəsini yoxlamaq üçün qan analizi ən dəqiq üsuldur. Əgər insan davamlı yorğunluq, zəiflik və konsentrasiya problemi yaşayırsa, bu analiz tövsiyə edilir.
Analiz xüsusilə risk qrupunda olan şəxslər üçün profilaktik məqsədlə də verilə bilər.

Hansı hallarda B12 vitamini testi vermək vacibdir?

Vitamin B12 testi aşağıdakı hallarda daha vacib sayılır:

  • Davamlı yorğunluq və halsızlıq
  • Əllərdə və ayaqlarda keyimə
  • Yaddaş zəifləməsi
  • Qan azlığı şübhəsi

Bu əlamətlər olduqda analiz gecikdirilməməlidir.

B12 vitamini qəbul etmədən əvvəl nələrə diqqət edilməlidir?

Vitamin B12 qəbuluna başlamazdan əvvəl səbəb dəqiq müəyyən edilməlidir. Çünki çatışmazlığın səbəbi yalnız qidalanma deyil, sorulma problemi də ola bilər.
Buna görə həkim məsləhəti olmadan yüksək dozada qəbul etmək düzgün deyil və nəticəni maskalaya bilər. Vitamin B12 istifadəsində ən çox edilən səhvlər düzgün diaqnoz qoyulmadan qəbul başlanması və dozaların yanlış seçilməsidir. Bəzi insanlar yalnız yorğunluğa görə özbaşına əlavələr qəbul edir.
Diqqət edilməli məqamlar:

  • Dozanın həkim tərəfindən təyin olunması
  • Uzunmüddətli izləmə aparılması
  • Analizsiz müalicəyə başlamamaq

B12 vitamini iynəsi istifadə qaydası necə olmalıdır?

Vitamin B12 iynəsi adətən çatışmazlıq ağır olduqda və ya sorulma problemi varsa tətbiq edilir. Bu forma birbaşa qana təsir etdiyi üçün daha sürətli nəticə verir.
İstifadə qaydası həkim tərəfindən müəyyən edilir və adətən müəyyən kurs şəklində tətbiq olunur. Özbaşına istifadə etmək düzgün deyil, çünki həm doza, həm də müddət fərdi vəziyyətə görə dəyişir.

B12  analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi