Yeni yaşınızda özünüzə sağlamlıq hədiyyə edin!

Böyrəklər orqanizmdə filtrasiya, elektrolit və maye balansı, toksinlərin atılması və qan təzyiqinin tənzimlənməsi kimi həyati funksiyaları yerinə yetirir. Bu paket həm erkən mərhələdə, həm də artıq inkişaf etmiş böyrək xəstəliklərini müəyyənləşdirmək üçün nəzərdə tutulub.

Bu paket kimlər üçün uyğundur?
▪️Sidik ifrazı zamanı yanma hissi varsa;
▪️Ayaqlarda və üzdə şişkinlik hiss edilirsə;
▪️Yüksək təzyiq və ya şəkərli diabeti olanlar;
▪️Böyrək fəaliyyətinə təsir edə bilən dərman qəbulu edənlər;
▪️Profilaktik olaraq, xüsusilə 40 yaşdan yuxarı şəxslər.

Check-up paketə daxil olan müayinələr:

  • Sidiyin ümumi analizi: Böyrəklərin filtrasiya və konsentrasiya qabiliyyəti, həmçinin iltihab, infeksiya, zülal itkisi kimi pozğunluqları göstərir.
  • Kreatinin (qanda): Qanda kreatininin yüksəlməsi böyrəklərin qanı süzmək qabiliyyətinin zəiflədiyini göstərir.Xroniki və ya kəskin böyrək çatışmazlığı, susuzluq, sidik yollarının tıxanması və bəzi dərmanlar səbəbilə səviyyəsi artar.
  • Sidik cövhəri (UREA): Qaraciyər tərəfindən istehsal olunur, orqanizmdəki səviyyəsi zülal metabolizması və böyrək funksiyasının göstəricisidir.
  • Sidik turşusu (URİC): Səviyyəsinin yüksəlməsi böyrəklərin onu xaric etməkdə çətinlik çəkdiyini, yəni filtrasiya funksiyasının zəiflədiyini göstərə bilər.Yüksək sidik turşusu podaqra (oynaqlarda kristal yığılması), böyrək daşları, xroniki böyrək çatışmazlığı ilə əlaqələndirilir.
  • Kreatinin klirensi (qanda və çəkidən asılı hesablamayla): Böyrəklərin qanı hansı sürətlə filtrasiya etdiyinin göstəricisidir.Adətən qandakı kreatinin səviyyəsi, pasiyentin yaşı, cinsi, bədən çəkisi və bəzən sidikdə kreatinin miqdarı ilə birlikdə hesablanır.
  • Qalıq azot (BUN): Zülal metabolizmasının nəticəsində yaranan və əsasən qaraciyərdə sintez olunan sidik cövhərinin tərkibindəki azot miqdarını göstərən bir göstəricidir.
  • Albumin/Kreatinin nisbəti (sidikdə): Bu test, diabetli pasiyentlərdə, yüksək təzyiq xəstələrində və erkən mərhələli xroniki böyrək xəstəliyində böyrək funksiyasının zədələnməsini aşkarlamaq üçün ən vacib və tövsiyə edilən analizlərdən biridir.

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi