Ürək əzələsininfəaliyyəti üçün Check-up Paketi-kəskin və xroniki ürək əzələsi zədələnmələrinin, ürək çatışmazlığının və infarkt riskinin erkən aşkarlanması üçün həyati əhəmiyyət daşıyan analizlərdən ibarət güclü diaqnostik vasitədir.
Bu paket ürək ağrısı, nəfəs darlığı, təzyiq qeyri-stabilliyi, yorğunluq, sinə ağırlığı kimi simptomları olan pasiyentlərdə müayinəni sürətləndirmək və həyat qurtarıcı müdaxiləyə zamanında başlamaq üçün istifadə olunur.
Check-up paketə daxil olan müayinələr:
- CRP: Ürək damar sistemində iltihabi aktivlik göstəricisidir.
- Troponin I: Ürək əzələsinin zədələnməsində ən spesifik və həssas biomarkerdir.Miokard infarktı zamanı zədələnmənin dərəcəsini və vaxtını göstərir.
- CK-MB: Troponindən daha erkən yüksəlir, daha tez normallaşır.Kəskin zədələnmələrdə (infarkt, miokardit)
- Mioqlobulin: Əzələ toxumalarında, o cümlədən ürək əzələsində olan oksigeni daşıyan və saxlayan zülaldır.
- ProBNP: Ürək əzələsinin hüceyrələri tərəfindən sintez olunur.ProBNP səviyyəsi ürək çatışmazlığı olan xəstələrdə yüksək olur.
- LDH (Laktat Dehidrogenaza): Ürək hüceyrələri daxil olmaqla bir çox toxuma zədələndikdə yüksəlir. Miokard infarktından sonra 2–5 gün ərzində artar.
- Homosistein: Ateroskleroz və damar sərtliyi ilə əlaqəli biomarkerdir.
- Fibrinogen: Qan laxtalanması və iltihab göstəricisi.Yüksəklik → tromboz riski, kardiovaskulyar hadisələrin xəbərçisi ola bilər.
- CK: Ümumi əzələ zədələnməsini göstərir (ürək, skelet və s.).Ürək mənşəli zədələnmədə CK-MB ilə birlikdə şərh edilir.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.