İnBody-Bədən Analizatoru
Tərəzi üzərindəki çəkiniz sadə bir rəqəmdən ibarət olub, sizə nə qədər əzələ və yağ kütləsinə sahib olduğunuzu göstərməz.
Məhz bu kimi hallarda İnBody bədən analizatoru bədəninizin əzələ kütləsi, yağ faizi və su balansı kimi əsas göstəricilərini dəqiq qiymətləndirməyə imkan verir.Bədən quruluşunu sürətli(15-120 saniyə ərzində), dəqiq təhlil edir.
Müayinənin aparılma qaydası
Test zamanı pasiyent ayaqyalın cihazın platformasında dayanır və xüsusi tutacaqları əllərində saxlayır. Ənənəvi cihazlarından fərqli olaraq, İnBody nəticələrin hesablanmasında yaş, cinsiyyət kimi ümumi yanaşmalara əsaslanmır. Cihaz bütün ölçmələri birbaşa bədəninizdən aldığı real göstəricilərə əsasən aparır, buna görə də hər bir şəxsin özünəməxsus bədən quruluşu üçün daha dəqiq nəticələr əldə edilir.
Dəyərləndirilən göstəricilər və əsas funksiyalar
Yetkin şəxslər üçün | Uşaqlar üçün |
|
|
Müayinəyə hazırlıq üçün diqqət edilməsi gərəkənlər
Maksimum dəqiqlik üçün aşağıdakı tövsiyələrə əməl edin:
- Müayinədən ən azı 3 saat əvvəl yemək və su qəbulunu dayandırın.
- Müayinə günü məşq bədənin maye və əzələ balansını dəyişə bilər.Son məşqdən sonra ən azı 8 saatlıq fasilə olsun.
- Duş, sauna və isti vanna qəbulu müayinədən azı 3 saat əvvəl olmamalıdır.
- Əllərə və ayaqlara krem, losyon və ya məlhəm çəkməyin -cihazın dərinizlə təmasına mane ola bilər.
- Müayinə zamanı metal əşyaları və ağır geyimləri (üzük, qolbaq və s.) çıxarın.
- Müayinə öncəsi 24 saat ərzində spirtli içki,12 saat ərzində artıq miqdarda kofein qəbulunu məhdudlaşdırın.
- Menstruasiya dövründə müayinə nəticələrə təsir edə bilər.Menstruasiyadan 5-7 gün sonra ideal vaxtdır.
Unutmayın, dəyişiklik tərəzidə deyil, tarazlıqda başlayır!