Tibbi məlumatlar

"So-Check:OligoScan" müayinəsi nədir?

Vitamin və mineral səviyyələrinin qan, sidik və digər bədən mayelərində ölçülməsi, orqanizmdəki real mineral balansını tam və doğru şəkildə qiymətləndirməyə imkan vermir. Bu siyahıya xüsusilə Maqnezium(Mg), Selen(Se), Kalium (K), Sink(Zn), Mis(Cu) və s. kimi minerallar daxildir. Mineral balansını tam dolğun qiymətləndirmək üçün bu və ya digər minerallar toxuma səviyyəsində, yəni hüceyrə daxili dəyərləndirilməlidir. Məhz, bu yerdə So-Check müayinəsi bizə kömək edir.

So-Check spektrofotometrik üsula sahib innovativ texnologiyadır. Bu cihaz sayəsində tam ağrısız və sürətli şəkildə, yalnız ovucun müəyyən nöqtələrinin işıq dalğaları ilə skan edilməsi yolu ilə hüceyrədaxili vitamin, mineral, ağır metal və oksidativ stress(sərbəst radikalların yaratdığı zədələyici təsir) səviyyəsi qiymətləndirilir.


So-Check müayinəsi  hansı nəticələri təqdim edir?

Sadəcə 5-10 dəqiqə ərzində aşağıdakı parametrlər haqqında məlumat əldə edilir:

  • Toksiki ağır metalların səviyyəsi (civə, qurğuşun, arsen,alüminium və s.);
  • Vitamin, mineral və mikroelementlərin toxumada səviyyəsində miqdarı (maqnezium, sink, dəmir, selen, mis, xrom, kalsium, kalium və s.);
  • Oksidativ stress səviyyəsi; 
  • Bədən turşuluğu (pH) balansı;
  • Qaraciyərin regenerasiya və detoksikasiya qabiliyyəti;
  • Dəri, saç, dırnaq və sinir sisteminin hüceyrə səviyyəsində sağlamlığı;
  • Kilo balansı;
  • Hormonal balans.

So-Check müayinəsinin üstünlükləri:

  • Sürətli ,ağrısız və qeyri-invaziv müayinədir.
  • Xüsusi hazırlıq tələb etmir- müayinə öncəsi qida qəbulu edilməsi əngəl deyil. 
  • Nəticələr dərhal əldə olunur, uzun müddət gözləməyə ehtiyac yoxdur.
  • Qan testlərindən fərqli olaraq,hüceyrədaxili mineralları və toksinləri də qiymətləndirir.
  • Müalicədən əvvəl və sonra təkrarlanaraq müalicənin effektivliyini qiymətləndirmək üçün obyektiv baza yaradır.

Müayinə necə aparılır?

Müayinəyə başlayarkən ovuc içi müəyyən edilmiş nöqtələr cihazın optik sensorları ilə skan edilir. Cihazın iş prinsipi hər bir maddənin işıq udma qabiliyyətinə əsaslanır. Nəticələr dərhal cihaz ekranında və ya elektron formada  ətraflı qrafik və rəqəmsal göstəricilər şəklində təqdim olunur. Həkim mütəxəssis nəticələr əsasında fərdiləşmiş analiz edir və orqanizmin ehtiyaclarını təyin edir. 


Müayinə öncəsi diqqət edilməli hallar:

So-Check müayinəsi üçün xüsusi hazırlıq tələbi yoxdur, lakin daha dəqiq nəticə üçün aşağıdakılara diqqət yetirilməlidir:

  •  Müayinədən 1-2 saat əvvəl əl losyonları, krem və ya kosmetik vasitələrdən istifadə etməyin.
  • Qızdırma və ya infeksiya halları nəticələrə təsir edə bilər. 
  • Peyvənd və ya kontrast maddə inyeksiyasından sonra 48 saat gözlənilməsi tövsiyə olunur.

So-Check müayinəsi kimlər üçün lazımdır?

  •  Detoks proqramına başlamaq istəyənlər;
  • Xroniki yorğunluq, diqqət pozuntusu və yuxu problemləri yaşayanlar;
  • Ailəsində autoimmun xəstəliklər anamnezi olanlar;
  • Qida əlavəsi qəbul edənlər və müalicə öncəsi effektli plan istəyənlər;
  • Dəri, saç və dırnaq zəifliyi olanlar.

Nəticələrə əsaslanaraq  fərdiləşdirilmiş vitamin və mineral ehtiyacı, qida əlavələrinin uyğun dozası və kombinasiyası təyin edilir, müalicə planının effektivliyi qiymətləndirmə  edilir. 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi